Malxələf

MalxələfAzərbaycan Respublikasının Laçın rayonu Malxələf kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Malxələf kəndi Mığıdərə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Malxələf kənd Soveti yaradılmışdır.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonucunda imzalanan atəşkəs bəyanatının nəticəsində işğaldan azad olunub. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir.[2][3] 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

Malxələf
39°33′09″ şm. e. 46°35′33″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Malxələf xəritədə
Malxələf
Malxələf

Toponimikası

Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Cəbrayıl qəzasından olan Kürd Hacı adlı şəxsin oğlu Xələf ona məxsus olan mal pəyəsinin ətrafında saldığına görə belə adlandirılmişdir. 1933-cü ildə bu kənd Malikpəyə adlı icmanın tərkibində Malıxələf adı ilə qeydə alınmışdır.[4]

Tarixi

Bu ərazi 2000-ci il dekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə proqramının 4-cü maddəsində Ermənistanın nüvə zonalarına aid olunmuşdu.[5][6]

Coğrafiyası və iqlimi

Kənd Dəyirmanyanı suyunun (Həkəri çayının qolu) sahilində yerləşir.

Əhalisi

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 150 nəfər olmuşdur.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.