Sarjent alması
Sarjent alması (lat. Malus sargentii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Sarjent alması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Sarjent alması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Vətəni Yaponiyadır. Növün adı Harvard Universiteti Dendrarisinin direktoru Çarlz Spreq Sardjentin (1841-1927) şərəfinə adlandırılmışdır.
Botaniki təsviri
Kolun hündürlüyü və eni təxminən 2-3 metrdir. Çətiri hamar-şarşəkillidir. Yarpaqların payız rəngi sarı-narıncıdır. Qönçələri yumru formalı, kiçik, uzun erkəkciklidir. Çiçəkləri ağdır, nazik, uzun çiçək saplağında yerləşir. Meyvələri xırda, şarşəkiklli, tünd qırmızıdır, budaqlarda çox qalır. Apreldə çəhrayı rəngdə çiçəkləyir. Çiçəkləri ətirlidir.
Ekologiyası
İşıqsevəndir, nəmişli torpaq tələb edir. Məhsuldar növdür. Bataqlıq və çox quru torpağı sevmir. Soyuğa və quraqlığa, xəstəliklərə davamlıdır, torpağın duzlaşmasına dözür. Qışa az davamlığına görə üstü örtülməlidir.
Azərbaycanda yayılması
Qubada, İsmyıllıda, Qəbələdə həyətyanı sahələrdə mədəni şəraitdə becərilir.
İstifadəsi
Tək, qrup əkinlərində, canlı hasar kimi istifadə edilir. Meyvələri qırmızı almalardır, payızda yetişir. Şirin dadlıdır. Quşlar üçün cəlbedicidir.