Alçaqboy alma
Alçaqboy alma (lat. Malus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Alçaqboy alma | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Alçaqboy alma |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Asiya və Avropada yayılmışdır.
Botaniki təsviri
Yarpağı tökülən ağacdır. Alçaqboylu almalar Avropada mədəni sortlar üçün peyvənd kimi istifadə edilir. Hündürlüyü təxminən 5 m, düz gövdəli və şaxələnmiş budaqlı kiçik ağacdır. Yaşıl, növbəli yarpaqları saplaqlarda oturaqdır, yarpaq ayaları damarcıqlıdır. Çiçəkləri ikicinsli, çəhrayı və ya ağ rəngli, diametri təxminən 2,5 sm-dir.
Ekologiyası
Mübit torpaqlarda yaxşı bitir. Rütubətsevən, istiyə, soyuğa davamlıdır.
Azərbaycanda yayılması
Azərbaycanda bəzi bölgələrdə mədəni şəraitdə becərilir.
İstifadəsi
Bir neçə sortu var. Dekorativ bağ bitkisi kimi becərilir.
İstinadlar
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.