Maltalılar

Maltalılar — Maltanın yerli əhalisi. Ümumi sayı — 740 min nəfərdir və onlardan 396 min nəfəri Malta ərazisində yaşayır. Avstraliyada 164 min, Böyük Britaniyada 40 min, ABŞ-də 50 min, Kanadada 39 minə yaxın maltalı məskunlaşıb.

Maltalılar
Özünüadlandırma
Maltin
Ümumi sayı
690 min nəf.
Yaşadığı ərazilər
Malta Malta 395,969 min nəf. [1]
Avstraliya Avstraliya 163,990 min nəf. [2]
Böyük Britaniya Böyük Britaniya 40,230 min nəf [3]
ABŞ ABŞ 50,039 min nəf. [4]
Kanada Kanada 38,780 min nəf. [5]
Dili

malta diliingilis dili

Dini

Roma-Katolik kilsəsi

Mənşəyi
finikiyalılar
Qohum xalqlar

ərəblər, italyanlar, assuriyalılar

Malta dili sami dillərinin ərəb dil qrupuna daxildir. Ərəb dilinə yaxın olsa da italyan və Avropa dillərinin güclü təsirinə məruz qalmışdır.

Mənşəyi və tarixi

Maltalılar Avropada yeganə Semit dilli xalqdır. Onlar Aralıq dənizində Malta və Qotso adalarında məskunlaşmışlar. Əsas məşğuliyyətləri əkinçilikdir. Otlaqların azlığı heyvandarlığı məhdudlaşdırır. İqlim Maltada ildə 2-3 dəfə məhsul götürməyə imkan verir. Maltalıların mənəvi həyatında katolosizm çox böyük rol oynayır[6].

Maltalıların əcdadlarının finikiyalılar olması ehtimal olunur. Məhz Malta ərazisində mövcud olan koloniyaların mövcudluğu bunu deməyə əsas verir. Sonradan bu ərazi karfagenlərin, romalıların, bizanslıların (395-870), ərəblərin (870-1201), normanların təsiri altında olmuşdur. 1201-ci ildə Malta Siciliyaya birləşdirilmiş. 1550-ci ildən Maltada İoannitlər ordeni hakimlik etmişdir. 1800-cü ildən isə Böyük Britaniyanın koloniyasına çevrildi. 1964-cü ildə özünüidarəetmə statusu alan Malta 1974-cü ildə müstəqilliyini elan etdi.

Təsərrüfatı və mədəniyyəti

Maltalılar bağçılıq, heyvandarlıq, balıqçılıq kimi təsərrüfat sahələri ilə məşğul olmuş, sənətkarlıqdan krujevalı bəzəklərin, geyimlərin toxunuşu üstünlük təşkil etmişdir. Ümumən kənd təsərrüfatında üzümçülük və bağçılıq daha öndə olmuş. Bölgədə əkilən kartof ixrac olunur.

Malta üçün xarakterik tikililər - önündə fasadlı qalereyası olan evlərdir. Şəhər və yaşayış məntəqələri Cənubi Avropa üçün xarakterikdir. Ölkə paytaxtı tarixi abidələrlə zəngindir.

Geyimləri Avropa geyimlərinə yaxındır. Ənənəvi qadın geyimi — faldetta adlanan qara örtüyü olan bərk altlıqlı paltardır.

Ədəbiyyat

  • Dünya xalqları və dinləri, под ред. В. А. Тишкова, М.-1998
  • Справочник «Страны мира», М.-1989.

İstinadlar

  1. https://web.archive.org/web/20131113194522/http://www.nso.gov.mt/statdoc/document_file.aspx?id=3424 Census of population and housing 2011 . pp. 37. National Statistics Office of Malta
  2. "Australian 2006 Census". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-07.
  3. "Arxivlənmiş surət". 2009-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-07.
  4. "2012 American Community Survey 1 year estimates". 2020-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-07.
  5. "Ethnic Origin (264), Single and Multiple Ethnic Origin Responses (3), Generation Status (4), Age Groups (10) and Sex (3) for the Population in Private Households of Canada, Provinces, Territories, Census Metropolitan Areas and Census Agglomerations, 2011 National Household Survey". 2013-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-07.
  6. Quliyeva Nərgiz. “Etnoqrafiya və Etnologiya” (dərs vəsaiti). Ali məktəb tələbələri üçün vəsait. Bakı, 2009, 157 səh. - səh. 68
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.