Malta adası
Malta (malta Malta, lat. Melita) — Malta arxipelaqına daxil olan ən böyük ada. Aralıq dənizinin mərkəzində, Liviyanın şimalı və İtaliyanın cənubu arasında eyni məsafədə yerləşir. Sahəsi — 246 км².
Malta adası | |
---|---|
malta Malta | |
![]() | |
Ümumi məlumatlar | |
Sahəsi | 246 km² |
Uzunluğu |
|
Sahil uzunluğu | 197 km |
Hündür nöqtəsi | 253 m |
Əhalisi | 373.955 nəfər (2013-cü il) |
Yerləşməsi | |
35°53′ şm. e. 14°27′ ş. u. | |
Ölkə |
![]() |
Akvatoriya | |
|
|
![]() |
Adı
İlk dəfə finikyalılar tərəfindən b.e.ə 13-cü əsrdə Melita formasında anılır. Hind-avropa dillərində *mala, *melu «dağ, təpə», Finikiya dilində isə malat «buxta», «sığınacaq» anlamını verir.
Coğrafiya və iqlim
![](../I/Malta_Luftbild.jpg.webp)
Ada lanşaftı üçün hamar təpələr və terrasvari düzənliklər hakimdir. Səthinin böyük qismi əhəng daşından ibarətdir. Şimal sahilləri hamar, cənubu isə sıldırımlıdır. Aralıqdənizi iqlim tipinə xasdır[1]. Fevralda orta temperatur 12 °C, avqusta 25 °C, illik yağıntının miqdarı 530 mm-dir. Adada şirin su qıtlığı vardır. Suya olan tələbat əsasən Siciliya adasından gətirilməklə və ya dəniz suyu şirinləşdirilməklə ödənilir. Adada İtaliya şamı, kserofit kollar, kaktuskimilər yayılmışdır.
İstinadlar
- Central Intelligence Agency (CIA). "Malta". The World Factbook. 16 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 August 2014.