Maltəpəspor
Maltəpəspor — 1923-cü ildə İstanbulun Maltəpə ilçəsində qurulan Türkiyə futbol klubu. Yaşıl-ağ-qırmızı rənglərə sahib olan klub matçlarını 5000 tamaşaçı tutumlu Maltepe Hasan Polat stadionunda keçirir.
Maltəpəspor | |||
---|---|---|---|
Klubun tam adı | Maltepe Belediyespor | ||
Ölkə | |||
Rəng(lər) | Yaşıl-Ağ-Qırmızı | ||
Yaranma tarixi | 1923 | ||
Stadionu | Maltepe Hasan Polat Stadionu | ||
Tutumu | 5.000 | ||
Prezidenti | Nuri Erkoç | ||
Baş məşqçisi | Atakan Çağlayan | ||
Liqa | Spor Toto 3.liqa | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1923-cü ildə Maltəpə Gənclər Birliyi adı ilə yaradılmışdır. 1949-cu ilə qədər bu ad altında mübarizə aparan "Maltepespor" bu tarixdə "Maltepe Gençlikspor" adlandırılıb. 1955-ci ildə qurulan Güneşspor, daha sonra Ağaspor komandalarının Maltepespor adı altında birləşməsi ilə bu günə gəlib. 1923-cü ildən müxtəlif dəyişikliklər keçirən Maltepespor 1987–1988-ci illərdə indiki vəziyyətinə gəlib.
Maltepespor 1988–1989 mövsümündə Türkiyə Həvəskarlar Çempionatında 2-ci yer tutaraq peşəkarlaşıb. 1988–1989 mövsümündən 2000–2001 mövsümünə qədər Türkiyə 3-cü Futbol Liqasında mübarizə aparıb.