Malqoçoğlu ailəsi
Malkoçoğulları — adı Malkoç bəy olan və I Murad dövründən etibarən xüsusilə Balkan ölkələrinə edilən axınlarda iştirak etmiş, Türk mənşəli axıncı bəynin soyundan gələn ailə üzvlərinə verilən addır. Malkoçoğulları XIV, XV və XVI əsrlərdə fəal olmuş və apardıqları uğurlu axınlarla tanınmışdılar. Malkoçoğlu axıncıları Silistrə yaxın ərazidə yaşayırdılar.
Məlum olan Malkoçoğlu bəyləri qohumluq bağlılıqlarına görə bu şəkildədir:
Ailənin soyağacı
MALQOÇOĞLU AXINCI BƏYİ | |
OSMANLI SULTANI |
MALQOÇ BƏY | II MEHMED Osmanlı sultanı (d. 1432 - ö. 1481) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
MALQOÇOĞLU MUSTAFA BƏY Axıncı (ö. 1402) | MALQOÇOĞLU MEHMED BƏY Axıncı (ö. 1385) | II BƏYAZİD Osmanlı sultanı (d. 1447 - ö. 1512) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
MALQOÇOĞLU BALİ BƏY Axıncı Varşava fatehi Sancaqbəyi (ö. 1510) | MALQOÇOĞLU KÜRƏKƏN YƏHYA PAŞA Axıncı Bəylərbəyi Sancaqbəyi (ö. 1507) | HÜMAŞAH SULTAN (d. 1466 - ö. 1520) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
MALQOÇOĞLU KÜRƏKƏN ƏLİ BƏY Axıncı Sancaqbəyi (ö. 1514) | MALQOÇOĞLU TUR ƏLİ BƏY Axıncı Sancaqbəyi (ö. 1514) | MALQOÇOĞLU HƏMZƏ BƏY Axıncı (ö. 1501) | MALQOÇOĞLU SƏNAN BƏY Axıncı Sancaqbəyi | MALQOÇOĞLU MEHMED PAŞA Axıncı Sancaqbəyi (d. 1503 - ö. 1548) | MALQOÇOĞLU QAZİ ƏHMƏD BƏY Axıncı Sancaqbəyi (ö. 1544) | MALQOÇOĞLU SULTANZADƏ BALİ PAŞA Axıncı Bəylərbəyi Sancaqbəyi (d. 1495 - ö. 1548) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
MALQOÇOĞLU DƏRVİŞ BƏY Axıncı Sancaqbəyi | MALQOÇOĞLU ARSLAN PAŞA Axıncı Bəylərbəyi (ö. 1566) | MALQOÇOĞLU MEHMED BƏY Axıncı Bəylərbəyi Sancaqbəyi (ö. 1570) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
MALQOÇOĞLU YAVUZ ƏLİ PAŞA SƏDRƏZƏM (ö. 1604) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Malkoç bəy
Sultan I Murad və İldırım Bəyazid zamanının komandanlarındandır. 1389-cu ildə I Kosovo müharibəsində sağ cinah oxatan komandiri kimi vuruşmuş, bu müharibədə oğlu Mustafa bəy də sol cinah oxatan komandiri kimi döyüşdə iştirak etmişdir. Tarix səhifələrində bu müharibədə adı Həmidoğlu Malkoç olaraq geçmişdir. 1396-cı ildə Niğbolu müharibəsində Osmanlı ordusunun sol qanadında komandir olaraq iştirak etmişdir. Malkoç bəyin türbəsi hazırda Bolqarıstan sərhədləri içərisində yerləşən Buryadadır (keçmiş adı Malkoçova). Malkoç bəyin Malkoçoğlu Mustafa bəy və Malkoçoğlu Mehmet bəy adlarında bilinən iki oğlu var.
Malkoçoğlu Mustafa bəy
Malkoç bəyin oğludur. İlk olaraq 1389-cu ildə I Kosova müharibəsində atası Malkoç bəyin sağ cinahda döyüşdüyü orduda, sol cinah oxatan komandiri vəzifəsini icra edərək adını duyurmuştur. Əmir Teymurun Anadolunu işğal etdiyi zaman Sivas qalasının komandiri olmuşdur. 1400-cü ildə Teymurun Sivası mühasirə etməsində 3.000 nəfərlə 200.000 nəfərlik Teymur ordusuna qarşı qalanı 18 gün qəhrəmancasına müdafiə edən Mustafa bəy aclıq və susuzluğa dözməyib Teymurun canlarının bağışlayacağı vədi üzərində qalanı təslim etmişdir. Amma Teymur sözünü tutmayıb qala təslim edildikdən sonra bütün əsgərlərlə bərabər Malkoçoğlu Mustafa bəyi də öldürmüşdür.
Malkoçoğlu Mehmet bəy
Malkoç bəyin oğludur. Rumeli fəthində atası Malkoç bəy ilə bərabər döyüşdə iştirak etdiyi güman edilir. Türbəsi Gebzedə olub 1385-ci ildə vəfat etdiyi məlumdur. Türbəsi atası Malkoç bəy tərəfindən inşa edilmişdir. Gənc yaşda atasından əvvəl vəfat etmişdir.
Malkoçoğlu Bali bəy
Fateh Sultan Mehmetin qurdurmuş olduğu Enderun-u Hümayün adlı Saray Universitetində yetişən məşhur axıncı bəyi. Sultan II Bəyazid dövründə Silistre Bəylərbəyli olub. Cəsur və mərd, sadiq və qabiliyyətli bir komandirdi. Bir çox böyük xidmətləri olmuşdur. Özü Silistre Bəylərbəyi olduğu zamanlarda üsyan edən Eflak Voevodina qarşı göndərilən Osmanlı ordusunda xidmətlər göstərib. Yenə eyni bəylərbəyliyi zamanı Macarıstanda ordu yeridərək Varadin qalası ilə digər bir çox yeri tutmuşdur. Daha sonra Prut çayını keçərək Akkerman qalasını ələ keçirmək istəyən Buğdan Voyvodasını ordusu ilə məğlubiyyətə uğratdı. 1498-ci ildə 40.000 nəfərlik ordusu ilə Polşa üzərinə basqınlar edərək Varşava şəhərinə getmiş və böyük bir qələbə qazanmışdı. Bu axınları zamanı tam 10.000 əsir və bir çox hərb qəniməti ilə qayıtdı. Bu qənimət və əsirlərdən bir hissəsini seçərək, Kəndxudası Mustafa Bəy ilə Sultan II Bəyazidə göndərdi. Oğulları Əli və Tur Ali bəylər də özü kimi mərd və qəhrəman idilər.
Böyük oğlu Əli bəy, Sofiya Sancakbəyliyi edib. Kiçik oğlu Tur Əli bəy isə, atasından sonra Silistre bəylərbəyi xidmətində olub. Sinan bəy adında bir oğlu da Ziya bəylərbəyi olmuşdur. Həmzə bəy adlı kiçik oğlu da alaybeyi ikən 1501-ci ildə gənc yaşda münaqişədə ölmüşdür. Bali bəy 1513-cü ildə vəfat edib.
Malkoçoğlu Ali bəy
Malkoçoğlu Bali bəyin oğludur. Sofiya bəylərbəyi olan Əli bəy də qardaşı Tur Əli bəy kimi bu müharibədə ölmüşdür.
Malkoçoğlu Atmalı bəy
Malkoçoğlu Bali bəyin oğludur. Silistre bəylərbəyii vəzifəsində işləmiş, 1514-cü ildə Çaldıran döyüşündə şəxsən Şah İsmayıl tərəfindən öldürülmüşdür.
Malkoçoğlu Damat Yəhya Paşa
1501-ci ildə II Bəyazidin qızı Aynışah Sultan evlənəndə Bali bəy adında bir oğlu vardı. II Bəyazidin qızı Aynışah'dan da Malkoçoğlu Əhməd bəy ilə Malkoçoğlu Mehmed bəy olmuşdur. 1480-ci ildə Bosniya bəyi, 1481-ci ildə Rumeli bəylərbəyi, 1504-cü ildə Kubbə Vəziri olub və 1506-cı ildə vəfat edib. Məlum olan 3 oğlu Malkoçoğlu Bali bəy (Silistre bəylərbəyi olan Balı bəy ən böyükləridir), Malkoçoğlu Mehmet bəy, Malkoçoğlu Əhməd bəydir. Bu komandirlərdən eyni zamanda Yahyapaşazadələr deyə bəhs edilir.
Malkoçoğlu Yahyapaşazadə Bali bəy
Malkoçoğlu Yəhya Paşanın oğludur. Koca Bali Paşa şəklində də anılır. 1495-ci ildə doğulub, Qanuni Sultan Süleymanın yaşıdıdır[1]. II Bəyazidin qızı Huma Sultanın oğludur. Səməndirə bəylərbəyi olmuş, 1521-ci ildə Belqradın fəthində iştirak etmişdir. Daha sonra Belqrad bəylərbəyii və Bosniya Bəylərbəyi olmuşdu. 1526-cı ildə Mohaç müharibəsində çox böyük qəhrəmanlıq göstərmişdir. Bir həftə kimi qısa bir müddətdə ordunun çaydan keçib Mohaç ovalığına çatmasını təmin edəcək şəkildə bir körpü inşa etdirmiş, Mohaç müharibəsində olduqca faydalı olmaqla yanaşı Mohaç müharibəsində Sağ ordu komandiri idi. Budinin (Budapeşt) ikinci bəylərbəyi və Vəzir oldu. 1548-ci ildə vəfat etdi. Budapeşt şəhərinin ən böyük meydanının adı Osmanlıların Budapeşti itirdiyi vaxta qədər Qazi Bali Paşa meydanıdır. Mehmed bəy adında bir oğlu vardır.
Yahyapaşazadə Malkoçoğlu Mehmed bəy
Malkoçoğlu Damat Yəhya Paşanın nəvəsi, Bali bəyin oğludur. Enderunda yetişmişdir. Varat bəylərbəyi olmuşdur. 1563-cü ildə Sultan Süleyman Qanuninin Zigetvar səfərində Gyula qalasını fəth etməklə vəzifəli Pərtəv Paşa ilə birlikdə 59 gündə qalanı təslim aldı. Həmin il Babofça qalasını fəth etdi. 1567-ci ildə Lələ Mustafa Paşa ilə birlikdə Yəməndə müharibədə iştirak etdi. 1570-ci ildə Kiprin fəthində Magosanın mühasirəsində vurularaq öldürülüb.
Qazi Kızan Mehmed Paşa
Malkoçoğlu Damat Yəhya Paşanın oğludur. Qazi Sultanzadə Mehmed Paşa kimi də tanınır. Qanuni Sultan Süleymanın bibisinin oğludur. 1526-cı ildə Mohaç alaybəyi, 1527-ci ildə Semendirə bəylərbəyii və həmin il Belqrad bəylərbəyi təyin olunmuşdur. 1529-cu ildə I Vyana mühasirəsində Bavyeranın mərkəzi Regensburg və Morovanın paytaxtı Brünnü faktiki olaraq ələ keçirildi. Çexoslavakiya bölgəsini işğal etdi. 1530-cu ildə Andrea Dorianın işğal etdiyi Moradakı Koron qalasını geri aldı. Həmin il Budini mühasirəyə alan Alman marşalını məğlub etdi. 1531-ci ildə Avstriya yürüşündə 15.000 əsirlə geri qayıtdı. Peçi Almanlardan geri aldı. 1535-ci ildə təkrar Semendirə bəylərbəyii oldu və 8 il vəzifəsini icra etdi. 1537-ci ildə Vertizo müharibəsində 45.000 nəfərlik Alman ordusunu məhv etdi. Bu qələbədə qardaşı Yahyapaşazadə Malkoçoğlu Əhməd Bəy ilə oğlu Şəfalı Arslan Paşa da vardı. 1538-ci ildə Boğdan yürüşünə qatılıb. 1541-ci ildə Budin yürüşünə qatılıb. 1543-cü ildə ölən qardaşıı Koca Bali Paşanın yerinə üçüncü Budin Bəylərbəyi oldu və 1548-ci ilə qədər bu vəzifəsini icra etdi. 1566-cı ildə Budində vəfat edib.
Yahyapaşazadə Malkoçoğlu Əhməd bəy
Malkoçoğlu damat Yəhya Paşanın oğludur. Lepanto bəylərbəyi kimi tanınır. 1537-ci ildə Vertizo müharibəsinə qoşuldu. 1543-cü ildə Belqrad bəylərbəyi oldu.
Şəfalı Arslan Paşa
Yahyapaşazadə Malkoçoğlu Mehmed bəyin oğulları Arslan bəy və Dərviş Bəy kimi tanınır.
Arslan bəy, Şəfalı Arslan Paşa kimi tanınır. 1537-ci ildə Vertizo müharibəsinə qoşuldu. 1537-ci ildə Pojega bəylərbəyi oldu. 1565-ci ildə Budinin 14-cü bəylərbəyi oldu. O, eyni zamanda şairdir. 1566-cı ildə Sokollu Mehmed Paşa tərəfindən edam edilib. Ömər Seyfəddin Kötük adlı hekayəsində təsvir etdiyi Arslan Bəy bu kişidir.
Dərviş Bəy
Malkoçoğlu Damat Yəhya Paşanın nəvəsi, Mehmed bəyin oğludur.
Yavuz Əli Paşa
Malkoçoğlu nəslindən son olaraq tanınan şəxsdir. Çox cəsur, coşqun və dəli dolu bir insan olubdur. 1603-cü ilə qədər Misir Bəylərbəyliyi olub. Bu zaman 1603-cü ildə İstanbula çağırılıb və sədrəzəmliyə gətirildi. İlk iş olaraq İran məsələsini müzakirə edib. 1604-cü ildə Macarıstan səfəri əsnasında Sofiyada xəstələndi. Belqrada çatanda da vəfat etmişdir. Məzarı Yozgatın Yerköy ilçəsindədir.
Malkoç (Yavuz) Əli Paşanın həyatı; Kəlamı və Dirildən təxəllüslü şairlər tərəfindən mənsur kimi yazılan və Süleymaniyyə kitabxanası, Halət Əfəndi bölümü no. 612-ci ildə olan qeydiyyatlı "Vekayi Əli Paşa" adlı miniatürlü Gazavatname əsərdə bildirilmişdir. XVII əsrdən bu günə çatan bu əsər iki nəfər tərəfindən birgə yazılmışdır və yazıçıların qələmə aldıqları bölümlərin ilk səhifələrində qızıl bəzək zəmin üzərində sərlövhələr var[2]| Yavuz Ali Paşa]</ref>.
Xarici keçidlər
- Malkoçoğulları (Malkoçoğulları Kimdir? - Malkoçoğulları'nın Hayatı Hakkında)
- MALKOÇOĞLU SÜLALESİ - Arslan Malkoç Üzərinə
- Malkoçoğulları kimdir, Malkoçoğlu ailesi, tarihi hakkinda bilgi
- "Malkoçoğlu Bali bey kimdir". 2017-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-24.
- [https://www.webcitation.org/63laFQeIS?url=http://www.iudergi.com/tr/index.php/turkiyat/article/viewFile/1859/pdf)