Maliyyə-sənaye qrupu

Maliyyə qrupu, Maliyyə-sənaye qrupu - qanunla nəzərdə tutulmuş qayda və şərtlərə uyğun olaraq, maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə əsasında öz aktivlərini tamamilə və ya qismən birləşdirmiş hüquqi şəxslərin (əsas və törəmə müəssisələrin) məcmusudur.

Tərkibində xarici hüquqi şəxslərin iştirak etdiyi maliyyə-sənaye qrupu transmilli maliyyə-sənaye qrupu hesab olunur.

Hökumətlərarası saziş əsasında yaradılan maliyyə-sənaye qrupları dövlətlərarası (beynəlxalq) maliyyə-sənaye qrupu statusuna malik olur.

Maliyyə-sənaye qrupuna muəssisələr, idarələr, təskilatlar, maliyyə-kredit idarələri, investisiya institutları daxil olur. Maliyyə-sənaye qrupları texnoloji və ya iqtisadi məqsədlərlə, əmtəə və xidmətlər satısının genisləndirilməsinə və rəqabət qabiliyyətinin yuksəldilməsinə yonəldilmis investisiya və digər layihə və proqramların həyata kecirilməsi ucun; istehsalın səmərəlilik və rəqabət qabiliyyətinin yuksəldilməsi, yeni is yerlərinin təskili ucun; səmərələsdirici kooperasiya əlaqələrinin yaradılması, ixrac potensialının artırılması, elmi-texniki tərəqqinin surətləndirilməsi, mudafiə muəssisələrinin konversiyası ucun yaradılır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.