Malik Həsənov
Malik Əvəz oğlu Həsənov (15 fevral 1971, Günəşli, Cəlilabad rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi IV, V və VI çağırış deputatı.[1][2]
Malik Həsənov | |
---|---|
Vəzifədədir | |
2010-cu ildən | |
Seçki dairəsi | 2010 — 67 saylı Cəlilabad şəhər 2005 — 67 saylı Cəlilabad şəhər 2020 — 67 saylı Cəlilabad şəhər |
Əvvəlki | Aydın Həsənov |
Şəxsi məlumatlar | |
Doğum adı | Malik Əvəz oğlu Həsənov |
Doğum tarixi | 15 fevral 1971 (53 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, müəllim, mühasib |
|
|
Təltifləri |
Həyatı
1971-ci il fevralın 15-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirmişdir.
1997-ci ildən Xəzər Dəniz Gəmiçiliyi İdarəsində müfəttiş, 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə şöbəsinin müdiri işləmişdir. 2007–2010-cu illərdə "Azinko holdinq" tikinti şirkətinə rəhbərlik etmişdir.
Evlidir, 3 övladı var. Malik Həsənov prezidentin köməkçisi Kərəm Həsənovun qardaşıdır.[3]
Siyasi fəaliyyəti
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisi IV, V və VI çağırış deputatı seçilmişdir.
İstinadlar
- Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine meclis.gov.az (az.)
- "Həsənov Malik Əvəz oğlu". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
- "https://qaynarinfo.az/az/azerbaycanda-qohum-olan-memur-ve-deputatlar-siyahi/". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.