Malik Fərrux
İbrahimov Malik Fərrux oğlu (27 dekabr 1948, Laçın – 2 dekabr 1998, Bakı) — şair, jurnalist, teleaparıcı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), "Qızıl Qələm" mükafatı laureatı.[1]
Malik Fərrux | |
---|---|
Malik Fərrux oğlu İbrahimiov | |
Doğum adı | Malik |
Təxəllüsü | Fərrux |
Doğum tarixi | |
Doğum yeri | Laçın |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Uşağı | Günay Malikqızı |
Atası | İbrahimov Fərrux |
Fəaliyyəti | jurnalist, şair, teleaparıcı, yazıçı-publisist |
Mükafatları | "Qızıl qələm" mükafatı |
facebook.com/malikfarrux/ |
Həyatı
Malik Fərrux 1948-ci il dekabrın 27-də Laçın şəhərində anadan olmuşdur. Şəhər orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966–1971). Ədəbi fəaliyyəti tələbəlik dövründə , "Ulduz" jurnalında çap etdirdiyi "Qartallı Dağlar" şeiri ilə başlamışdır. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının "Elm və texnika verlişləri" redaksiyasında redaktor, baş redaktor vəzifələrində çalışmışdır.
О, dörd il televiziyanın "Ekran" divar qəzetinin redaktoru olmuşdur. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Malik Fərrux 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi "Karvan" qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa aiddir. "Qara gözlər", "Sarı güllər", "Sən də tufanla oynama", "Polismen", "Qar yağır", "Alabəzək yuxular" və sairə kimi unudulmaz hit mahnıların söz mətni Malik Fərruxa məxsusdur.[2] Yaradıcılıq illərində Mikayıl Vəkilov, Mobil Babayev, Cəmil Əmirov, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarla birgə çalışmışdır. "Qızıl Qələm" mükafatı ilə yanaşı bir çox ədəbi mükafatlara layiq görülmüşdür.
1998-ci il dekabrın 2-də vəfat etmişdir.
Dörd övladı, 3 qızı, 1 oğlu var.
Telejurnalist Günay Malikqızı və Zöhrab İbrahimlinin atasıdır.
Həmçinin bax
Əsərləri
- Pəncərədən qızlar baxar. kitabı Bakı: Gənclik, 1977, 30 səh.
- Bir payız günü. kitabı Bakı: Yazıçı, 1985, 60 səh.
İstinadlar
- "Malik Fərruxun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
- ""Polismen"in haqsızlıqla üzləşən müəllifi". 2014-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.