Malik Bəyləroğlu

Malik Bəyləroğlu (d. 21.01.1970, Azərbaycan) — Azərbaycan əsilli türk boksçu.

Malik Beyleroğlu
azərb. Malik Bəyləroğlu
Şəxsi məlumatlar
Vətəndaşlığı Türkiyə Türkiyə
Doğum tarixi
Doğum yeri Azərbaycan
Boyu 1,75 m
İdman növü Boks

Həyatı

O, Azərbaycanda anadan olub və Sovet İttifaqının milli komandasının tərkibində bir sıra müvəffəqiyyətlər qazanıb. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Türkiyəyə köçdü və Türk vətəndaşlığını qəbul etdi.

Fəaliyyəti

Boksla  “əməkdar məşqçi” Məmməd Eyvazov rəhbərliyi altında məşğul olmuşdur. Öz istedadı sayəsində tez bir zamanda nəinki Azərbaycan, eləcə də keçmiş SSRİ yığma komandasına cəlb edilmişdir. O, dəfələrlə Azərbaycan çempionu, 1986-88-ci illərdə SSRİ birinciliklərinin, bir sıra mötəbər beynəlxalq turnirlərin qalibi və Atlanta yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.

1992-ci ildə Fənərbaxçada idman fəaliyyətinə başlamışdır. 1992-ci ilin 16-18 oktyabr tarixində Kütahyada təşkil edilən Türkiyə Fərdi Boks Çempionatında ilk Türkiyə birinciliyini qazandı.

ABŞ-n Atlanta şəhərində  təşkil edilən 1996-cı ilin Yay Olimpiya Oyunlarında gümüş medal qazanaraq Türkiyənin bu idman növündə o tarixə qədər olimpiadalarda ən böyük nailiyyətini əldə etdi.

Bu qələbəsi münasibətilə Türkiyənin Milli Olimpiya Komitəsi tərəfindən 59 ən yaxşı türk idmançıdan biri seçildi. 1997-ci ildə İtaliyanın Bari şəhərində təşkil olunan Aralıq dənizi oyunlarında 75 kq çəki dərəcəsində büyünc medal qazandı.[1]1999-cu il 17 avqustunda baş verən zəlzələdən sonra bütün var-dövlətini itirdi və dolanışıq üçün bir müddət peşəkar boksla məşğul oldu.[2]

Aktiv idman təcrübəsini bitirdikdən sonra Sakarya Universitetinin Bədən Tərbiyəsi və İdman Akademiyasında  idman müəllimi kimi fəaliyyət göstərdi. Eyni zamanda da türk milli komandasında da məşqçilik edirdi.[3]

İstinadlar

  1. Atabeyoğlu, Cem, "Akdeniz Oyunları ve Türkiye", TMOK Yayınları, İstanbul (2000), s. 142
  2. "Milliyet, 8 Ekim 1999". 2014-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
  3. "Ajansspor, 21 Mayıs 2009". 2016-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.