Malik Əştər

Malik Əştər ibn Haris (585658) — Həzrət Əlinin tərəfdarlarından biri.

Malik Əştər
Doğum tarixi 585
Vəfat tarixi 658
Vəfat səbəbi zəhər[d]
Fəaliyyəti hərbi lider[d], vali[d], şair

Həyatı

Malik Əştər Nəxəi adı ilə tanınan Malik ibn Yəcus Nəxəi Yəmənin Məzhəc qəbiləsinin Nəxə nəslindəndir. Malik Əştər İmam Əlinin xüsusi köməkçilərindən və səhabələrindən biridir. O, böyük ordu sərkərdəsi və şücaətli şəxslərdən idi. Malik Əştərin Peyğəmbərin besətindən əvvəl dünyaya gəlməsi tarixi mənbələrdə qeyd olunur. Peyğəmbərin nümayəndələrinin Yəmənə gəlməsindən öncə Malikin həyatı barədə əldə heç bir məlumat yoxdur.

Bəzi mənbələrdə Malik Əştər Peyğəmbərin ömrünün sonlarında İslam dinini qəbul etməsi və raşidi xəlifələrinin zamanında Şama hicrət etməsi qeyd olunub, lakin Onun tabein olduğu bildirilir. Malik qəsbkar xəlifələrin bidətlərilə daim mübarizə aparırdı. O, Qadisiyyə müharibəsindən sonra Kufədə məskunlaşdı. Orada nüfuzlu şəxslərdən olduğu üçün Osmanın xilafəti zamanında Əməvi hakimlərinin zülmünə qarşı çıxaraq, mücahidləri müdafiə edib. Malik alim və zahid bir şəxsiyyət idi. Həyatını fəqirliklə keçirirdi.

Malik öz tayfasına başçılıq edirdi. Öz haqlarını əldə etmək üçün Kufənin bir dəstə camaatı Osmanın yanına getdi. Osmanın Kufədə vali təyin etdiyi Səid ibn As onun əmri ilə Maliki doqquz nəfərlə birlikdə Şama sürgün etdi. Malik Kufəyə qayıtdıqdan sonra yenidən Həmsə sürgün edildi.

Malik camaatı İmam Əliyə beyət etməyə çağırırdı. Sonralar Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində İmam Əli ilə birlikdə olub. Onun bu müharibələrdə göstərdiyi qəhrəmanlıqlar və fədakarlıqlar tarix səhifələrində qeyd olunub. Siffeyn müharibəsində Şam əhlinin ordusunu yararaq özünü Muaviyənin xeyməsinə çatdırdıqda, bir qrup insanın avamlığı nəticəsində müharibə dayandırıldı və məsələ həkəmiyyətlə bitdi.

Malik kafirlərlə döyüşdə də böyük rəşadətlər göstərib. O, Yərmuk vaqiəsində iştirak edərkən gözündən yara almışdı. Buna görə də ona əştər deyirdilər. Yəni gözünün kipriyi dartılmış şəxs.

İmam Maliki Misirə göndərərkən oranın əhli üçün bir məktub yazdı. İmam Əli bu məktubda Həzrət Peyğəmbərdən sonra başına gələnlərin bir hissəsini açıqlayıb.

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Nöqsan sifətlərdən pak və uzaq olan Allah Muhəmmədi bəşəriyyəti (ilahi əzabdan) qorxudan və (insanların nicatı üçün Allah tərəfindən göndərilmiş) peyğəmbərlərə şahid kimi göndərmişdir. O Həzrət dünyasını dəyişdikdən sonra müsəlmanlar xilafət barəsində çəkişmə və qalmaqala düşdülər.

Allaha and olsun ki, qəlbimə gəlmir və fikrimdən belə keçmirdi ki, ərəblər o Həzrətdən sonra xilafəti onun Əhli-Beytindən başqa birinə həvalə edəcək və (bütün tapşırıqlara və məni Qədir-Xumda və digər yerlərdə aşkar şəkildə xilafətə təyin etməsinə baxmayaraq,) o Həzrətdən sonra onu məndən əsirgəyəcəklər. (İmam keçmiş və gələcəyi bilir.

Buna görə "xilafəti başqalırına həvalə edəcəkləri fikrimdən belə keçmirdi" cümləsindən məqsəd budur ki, Peyğəmbərin göstərişinin əksinə hərəkət ediləcəyinə heç kəs inanmazdı və bu iş Həzrət Peyğəmbərin səhabələri barəsində təsəvvür edilməz idi) Məni (yəni, hər bir ağıllı və agah şəxsi) camaatın beyət etmək üçün filankəsə (Əbu Bəkrə) tərəf tələsmələrindən başqa bir şey narahat etmədi (və ya təəccübləndirmədi). Beləliklə, (həmin vəziyyətdə) əl saxladım (onları öz ixtiyarlarına buraxdım).

Nəticədə camaatın bir dəstəsinin dindən dönərək mürtəd olduqlarını və İslamdan qayıdaraq Muhəmmədin dinini məhv etmək istədiklərini gördüm. Qorxdum ki, İslam və müsəlmanların köməyinə başlamasam, onda nöqsan və dağıntı (yaranmasını) görərəm və onun müsibət və kədəri mənim üçün, nəticəsi (susuz adamın su sandığı) ilğım kimi (yaxınlaşanda) yoxa çıxan və ya bulud kimi səpələnən bir neçə günlük müvəqqəti mal olan sizə hakimlik və vilayəti əldən çıxarmaqdan daha ağır olar.

Buna görə də həmin hadisə və dağıdıcı hərəkətlərin arasında ayağa qalxdım (İslam və müsəlmanlara kömək edərək onları məəttəlçilik və çaşqınlıqdan qurtardım). Nəticədə əyrilik və təxribatların qarşısı alındı və onlar məhv oldular, din (mürtəd və dağıdıcıların fitnələrindən) sakitlik taparaq (nigarançılıqdan) qurtulub öz yerində qərar tutdu. (Dinin əsasını qorumaq üçün mənim haqqımı qəsb edənlərlə birgə addımlayaraq razılaşdım. Osmandan sonra zahiri xilafəti qəbul etməyimin səbəbi də dinin işlərinin nizam-intizamının pozulmaması və Həzrət Peyğəmbərin hökmlərinin bərqərar qalması idi.)

Tarixin nəql etdiyinə əsasən bu xəbər Muaviyəyə çatdıqda, o, Misir yolu üzərindəki kəndlərin böyüklərindən birinə xəbər göndərdi ki, əgər Malik Əştəri zəhərləsən, mən 20 illik xəracı səndən almayacağam.

Malik ora çatdıqda kəndli onun balı sevdiyini bildiyi üçün bir miqdar balı zəhərləyərək onun üçün gətirdi. Balın xüsusiyyətləri və faydalarından danışdı. Malik həmin baldan yedi. Elə həmin yolda Malik zəhərin təsirindən dünyasını dəyişdi. Bəzilərinin nəql etdiyinə əsasən Malik Qulzum adlı yerdə dünyasını dəyişib. Onu Osmanın Nafe adlı bir qulamınan zəhərlədiyi bildirilir.

İmam Əli Malik barəsində belə buyurur: "Mən Peyğəmbər üçün Kim idimsə, Malik də mənim üçün o cürdür." Ey kaş sizin aranızda Malik kimi iki nəfər və ya bir nəfər daha olaydı.

Malik Əştərin şəhadət xəbəri İmam Əliyə çatdıqda çox kədərləndi. Ona xitabən belə buyurdu: Sənin ölümün bir dünyanı kədərləndirdi, digər dünyanı sevindirdi.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.