Malavi Gölü Milli Parkı

Malavi Gölü Milli ParkıAfrikanın Malavi Respublikasında yerləşən və UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilən milli park.

Malavi Gölü Milli Parkı
ing. Lake Malawi National Park
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 94 km2 ha
Yaradılma tarixi 24 noyabr 1980
Yerləşməsi
14°01′59″ c. e. 34°52′59″ ş. u.
Ölkə  Malavi
Malavi Gölü Milli Parkı xəritədə
Malavi Gölü Milli Parkı
Malavi Gölü Milli Parkı
Rəsmi adıing. Lake Malawi National Park
TipiTəbii
Kriteriyavii, ix, x
Tarixi1984 (8-ci sessiya)
İstinad nöm.289
RegionAfrika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Malavi Gölü Milli Parkı 1980-ci ilin noyabr ayında qurulub.

Haqqında

12 adanı əhatə edən milli parkda Nyasa gölündə yaşayan 1000-ə yaxın balıq növünün demək olaraq ki, yarısı yaşamaqdadır. Bu balıqların böyük hissəsi buraya xas növlərdir. Göl, Malavini kəsən Nəhəng Rift Vadisinin əmələ gətirdiyi böyük vadidə yerləşir. Balıqlar xaricində parkda yaşayan məməli növləri də olduqça çoxdur: begemot, babon, vervet meymunu, Afrika fili və s. Milli parkda yerləşən MumboBoadzulu adaları xüsusilə Ağ boğazlı qarabattaqın balalama yerlərindən biridir. Boadzulu adası timsahlar və digər sürünənlərə də ev sahibliyi etməkdədir.[1]

İstinadlar

  1. "Malavi Gölü Milli Parkı". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.