Malatski

Malatski (slovak. Malacky, alm. Malatzka) — Slovakiyanın qərbində, Bratislava bölgəsində şəhər. Əhalisi 17 858 nəfərdir (2003-cü il). Şəhər Zahorska dağ yamaclarının cənubunda, Slovakiyanın ən qərb hissəsində yerləşir.

Şəhər
Malatski
Malacky
Bayraq Gerb
Bayraq Gerb
48°26′17″ şm. e. 17°01′25″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1206
İlk məlumat 1206
Sahəsi
  • 27,17 km²
Mərkəzin hündürlüyü 160 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 18.935 nəf. (1 yanvar 2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +421 34
Poçt indeksi 901 01
Nəqliyyat kodu MA
Digər
malacky.sk
Malatski xəritədə
Malatski
Malatski
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Malatski ilk dəfə 1206-cı ildə "Malina çayının sahilində Maluçka - (mac. Maliscapotoca) yaşayış yeri adı ilə qeyd olunmuşdur". 300 il Malatski zadəgan Gont-Poznanski sülaləsinə məxsus idi. Sonra bu yerlər Balaş ailəsinə keçdi və onlar buranı Plavetsk panlığının mərkəzinə çevirdilər. Sonrakı 300 il ərzində Malatskini Palffi sülaləsi idarə edir və bu zamanlarda ailə qəsəbəni inkişaf etmiş sənaye mərkəzinə çevirir.

Əhali

Əhalinin etnik mənsubiyyəti

slovaklar - 96,65 %
çexlər - 1,58 %
macarlar - 0,41 %
qaraçılar - 0,14 %
almanlar - 0,04 %

Əhalinin konfessional mənsubiyyəti

roma-katolikləri - 71,46 %
ateistlər - 21,15 %
yevangelik kilsəsi v.d. - 1,40 %
yunan-katolikləri - 0,19 %
pravoslavlar - 0,14 %

Siyasət

Bələdiyyə başçıları

  • 5 fevral 1990-cı ilə qədər - Jozef Kozel
  • 15 fevral 1990-cı ildən - 15 yanvar 1999-cu ilə qədər - Vladimír Moravçik.
  • 15 yanvar 1999-cu ildən indiyə kimi - Jozef Ondrejka

Səhiyyə xidməti

Tibbi avadanlıq

  • Duklian qəhrəmanlarının xəstəxana və poliklinikası 34
  • Sağlamlıq mərkəzi, Legionárska 5265
  • Sağlamlıq mərkəzi, Ľudovíta Fullu 5274
  • Sağlamlıq mərkəzi, Na brehu 3

Uşaq bağçaları

  • Uşaq bağçası, Jána Kollára 896, - Hviezdoslavova 1, Bernolákova 18, Štúrova 139, Rakárenská 50.

İbtidai məktəb

  • ZŠ Dr. J. Dérera,Ul. gen. M. R. Štefánika 7
  • ZŠ Štúrova, Ul. Štúrova 142/A
  • ZŠ Mansveta Olšovského (Müqəddəs Frantişek Assis məktəbi) - Kláštorné námestie 1
  • ZŠ Záhorácka Záhorácka 95

Orta məktəb

Gimnaziyalar:

  • Gymnázium Malacky, Ul. 1. mája 8
  • Gymnázium sv. Františka Assiského (Müqəddəs Frantişek Assis məktəbi), Kláštorné námestie 1

Universitet

  • Müq. Kirill və Mefodiy adına Trnava Universiteti - Sosial Bilimlər fakültəsi - Sosial xidmətlər və danışma - Malatski filialı

Məşhur malatskilər

  • Michaela Badinková - slovak aktrisası
  • JUDr. Ivan Dérer - Slovakiyalı siyasətçi və jurnalist, Martin Bəyannaməsinə imza atmışdır.
  • Zuzana Norisová - slovak aktrisası
  • Soňa Norisová - slovak aktrisası
  • Karol Machata - Slovakiyalı aktyor
  • Ladislav Pittner slovak siyasətçisi

Qardaşlaşmış şəhərlər

Malatski sinaqoqu.

Martin aşağıdaki şəhərlərlə qardaşlaşmışdır:

Qalereya

İstinadlar

  1. The 2021 Population and Housing Census. Bratislava: Statistical Office of the Slovak Republic.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.