Malıbəyli məscidi
Malıbəyli məscidi — Şuşanın Malıbəyli kəndinin mərkəzində yerləşən təkminarəli məscid. XX əsrin əvvəllərində məscidin minarəsi ermənilər tərəfindən uçurulub dağıdılmışdır.[1] Məscid yerli çay daşlarından Şərq üslubunda tikilmişdir. Qiymətli tarixi-memarlıq abidəsi olan Malıbəyli məscidinin XVIII əsrdə tikilməsi ehtimal olunur. Doqquz künbəzli bu məscidin hündürlüyü 7 metr idi. Bu künbəzlər 4 böyük sal daş sütunların üzərində qurulmuşdu. Sütunları oyma naxışlıdır. Məscidin künbəzləri bişmiş kərpicdən hörülmüşdür.[1]
Malıbəyli məscidi | |
---|---|
39°49′55″ şm. e. 46°47′32″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa rayonu, Malıbəyli kəndi |
Yerləşir | Şuşa rayonu |
Tikilmə tarixi | XVIII əsrdə tikilməsi ehtimal olunur. |
Üslubu | islam memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Məscidin sağ tərəfində 4, sol tərəfində isə 2 pəncərə var. Divarlara müxtəlif ornamentli yazılar həkk olunmuşdur. Yaraşıqlı sütunlar, divardakı oymalar mescidin geniş və hündür zalına xüsusi gözəllik verir. Bu tarixi memarlıq abidəsindən sonralar anbar kimi istifadə olunmuşdur.[1]
İstinadlar
- kataloq.gomap.az. "Malıbəyli məscidi (Şuşa)" (az.). Nazim Tapdıqoğlu. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.