Maksim Musayev
Musayev Maksim Talıb oğlu (18 avqust 1938, Nərimanlı, Basarkeçər rayonu – 27 oktyabr 2021, Bakı) — Xızı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995–2000).
Maksim Musayev | |
---|---|
Maksim Talıb oğlu Musayev | |
![]() | |
1991 – 1992 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Firuz Əhmədli |
Vəzifədədir | |
1990-cı ildən | |
1982 – 1988 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı,Azərbaycan |
Vəfat səbəbi | ürək tutması |
Partiya | |
Atası | Talıb Musayev |
Anası | Həmayıl Knyaz qızı Musayev |
Uşaqları | Emin Talıbzadə, Şəfəq Teymurova, Cəmilə Talıbzadə |
![]() |
Həyatı
Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1956-cı ildə İrəvan şəhərində azərbaycan orta məktəbini bitirmişdir. 1956–1958-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. 1958-ci ildən Ermənistan KP Vedi Rayon Komitəsində təlimatçı olmuşdur. 1960–1961-ci illərdə İrəvan Kənd Təsərrüfatı İnstitutunda, 1961–1966-cı illərdə Leninqrad Kənd Təsərrüfatı İnstitutunda və daha sonra isə Bakı Ali Partiya məktəbində təhsil almışdır.
1966-cı ildən Bakıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda aspirant, 1970-ci ildən Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1974-cü ildən Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində inspektor, 1980-ci ildən Azərbaycan KP MK-da təlimatçı, inspektor işləmişdir. 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi, 1988-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bölmə müdiri, 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri, 1991–1992-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Birinci çağırış Milli Məclisin yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini və Azərbaycan-Çin Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.
"Heydər Əliyevin qayıdışı parlamentdə", "Milli Şura Parlamenti 1991–1992" və bir neçə başqa siyasi kitabların müəllifidir. "Şərəf nişanı" ordeni və bir neçə medalla təltif edilib. "Piterskie Azerbaydjantsi" ("Piter Azərbaycanlıları") qəzetinin təsisçisi və baş redaktorudur.
Ailəlidir, 3 övladı vardır.
1970-ci ildən kənd təsərrüfatı elmləri namizədidir.
Maksim Musayev 27 oktyabr 2021-ci ildə ürəktutmadan dünyasını dəyişib
Kitabları
- "Heydər Əliyevin qayıdışı parlamentdə"
- "Milli Şura Parlamenti 1991–1992"
- "Parlamentlər və Kəndlilər 100 ildə (1905–2005)". Bakı-2008
- "Azərbaycanları Deputatlar SSRİ Parlametində (1938–1988)"
- "Mediada Düşüncələrim"
- "Xızı XX əsrdə"
- "Parlament fəsilləri və Bəxtiyar Vahabzadə"
- "Atam Talıb Musayev"
- "Ermənilər Amerikada"
- "Parlament tribunası və Bülbülün səsi"
- "Deputatın deduksiyası"
- "Zahid Qaralov bələdiyyə qanunlarının yaradıcısıdır"
Maksim Musayev — 12 dən çox kitabın müəllifidir.
Mənbə
- "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı. Bakı-1999.
İstinadlar
Xarici keçidlər
