Maksim Şamil

Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim.

Maksim Şamil
Cabbarov Şamil Hümbət oğlu
Doğum adı Maksim
Doğum tarixi 9 mart 1952(1952-03-09)
Doğum yeri
Vəfat tarixi 22 mart 2022(2022-03-22) (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Uşaqları Ceyhun, Cabir, Qətibə
Atası Hümbət Cabbarov
Təhsili
Fəaliyyəti şair, müəllim
Fəaliyyət illəri 1979–2022
Əsərlərinin dili Azərbaycan dili
Üzvlüyü
  • Dədə Ələsgər Ədəbi Məclisi[d]
Mükafatları "Aşıq Ələsgər – 200" yubiley medalı

Həyatı

Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir.

1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir.[1]

Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir.

Yaradıcılığı

Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir.

"Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur.

Kitabları

  • "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə). Bakı, "Elm və təhsil" nəşriyyatı, 2012. — 228 səh. 500 nüsxə.
  • "Riyaziyyat nəyi sevir". Çalışmalar (metodiki göstərişlər və həlləri ilə), Bakı, "Elm və təhsil", 2012. – 168 səh. 200 nüsxə.
  • "Tufandan tez yeli çatar" (şeirlər), Bakı, "Nurlan", 2013. 200 nüsxə.
  • "Ali riyaziyyat kursundan mühazirələr və məsələlər" (I, II hissə), Bakı, "Elm və təhsil" nəşriyyatı, 2013. — 368 səh. 100 nüsxə.
  • "Ehtimal nəzəriyyəsinin qısa kursu" , Bakı-2016.
  • "Ehtimal nəzəriyyəsinə dair çalışmaların həlli üsulları" , Bakı-2016.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.