Makedoniya Respublikasında serblər

Makedoniya Respublikasında serblər Makedoniya Respublikasında köklü xalqlardan biridir. 2001-ci ildə Makedoniya Respublikasının Konstitutsiyasına görə milli azlıq olaraq təstiqlənmişdir. 2002-ci il siyahıya alınmağa görə Makedoniyada 39 939 nəfər serb yaşayır. Bu isə ümumi əhalinin 1,78 %-ni təşkil edir[1]. Serblər Makedoniyanın siyası və mədəni həyatında böyük rol oynayırlar. Onları iki partiyası vardır: Makedoniya Serblərinin Demokrat Partiyası və Makedoniya Serblərinin Radikal Partiyası

Tarixi

Serblərin müasir Makedoniyanın ərazisi ilə əlaqəsi qədimlərə gedir. Makedoniyanın şimalı Skopye ilə birlikdə Raşkanın tərkibində Stefan Nemanyanın hakimiyyəti illərində daxil edilmişdir. Ancaq Makedoniyanın bütün ərazisi Qədim Serbiyanın tərkibinə II Stefan Uraşın hakimiyyəti illərində keçmişdir. Osmanlı imperiyasının bölgəni uzun zaman nəzarətdə saxlaması ilə hər iki ölkə bir dövlətin tərkibində daxil idi. Osmanlı imperiyasının hakimiyyətinin sonlarına yaxın provaslav xristiyanların yaşayış sərhədləri müəyyənləşmişdi. Müstəqil Serb və Bolqarıstanın yeni hökumətləri region əhalisini serb və ya bolqar olmasını inandırmağa çalışırdılar. İkinci Balkan müharibəsi zamanı bölgənin sərhəddi yenidən cızılır. Nəticədə Makedoniya Serbiyanın tərkibinə keçmişdir. Sonradan isə Makedoniya Serb, Xorvat və Sloveniya krallığınln tərkibinə qatılır. Makedonlar cənubi serblər olaraq qeydə alınırdılar. İkinci Dünya müharibəsinin gedişində Makedoniyanın böyük hissəsi Bolqarıstan tərəfindən ələ keçirilir. Əhali isə provaslav bolqarlar olaraq adlandırılır. Serb Antifaşist qüvvələri 1944-cü ilin noyabrında Makedoniyanı Yuqoslaviyanın tam hüquqlü üzvü elan edilir. Makedoniyada yaşayan xristiyanların hamısı provaslavdır. Bu isə Serbiya ilə hər hansı münaqişəni əngəlləyirdi.

Son on illiklər ərzində Makedoniya ərazisində aparılmış siyahıya alınmaya görə serblərin sayı və ümumi əhaliyə olan nisbəti:

İlMakedoniya serblərinin sayı
1971.46.465 (2,85 %)
1981.44.613 (2,30 %)
1991.42.755 (2,10 %)
1994.39.620 (2,04 %)
2002.35.939 (1,78 %)

Yayılma

Makedoniya ərazisində serblərin böyük qismi əsasən şəhərlərdə və ölkənin şimalında cəmləşmişlər. Serblərin böyük hissəsi Skopyedə cmləşmişdir.

Təhsil, mədəniyyət və inanc

Makedoniya Respublikasında serb dili istər ibtidai istərsə orta təhsil müəsisələrində tədris həyata keçirilir. Serb dili və ədəbiyyatı Skopyenin filologiya universitetində xüsusi kaferda olaraq tədris edilir. Milli Televiziyanın ikinci kanalında serb dilli verlişlər verilir. Onların hətta öz dillərində mətbuatları belə vardır.

Ölkədə hakim Makedoniya Provaslav kilsəsi Oxrid arxiyepiskopluğu ölkədə təbliğatını qadağan etmişdir. Bu isə serblərin dini hüquqlarının gerçəkləşməsində böyük çətinliklər meydana gətirmişdir.

Tanınmış nümayəndələri

  • Kraleviç Marko
  • Qliqor Sokoloviç
  • Blaje Koneski
  • Vera Yosiç
  • Lyobiş Samarciç
  • Pero Antiç

İstinadlar

  1. "Перепись населения". 2004-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.