Makatea

Makatea (fr. Makatea) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taitidən 230 km şimal-şərqdə, Rangiroa 82 km aralıda yerləşir.

Makatea adası
fr. Makatea
Ümumi məlumatlar
Sahəsi 24 km²
Uzunluğu
  • 7,5 km
Eni 7 km
Hündür nöqtəsi 80 m
Əhalisi 61 nəfər (2007-ci il)
Yerləşməsi
15°50′15″ c. e. 148°16′00″ q. u.
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Makatea adası xəritədə
Makatea adası
Makatea adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Coğrafiya

Tuamotu arxipelaqında az saylı atol olmayan adalardan biridir. Ada bir qalxma atoldur. Hündürlüyü 80 metrdir. Atollun sahəsi 24 km²-dir. Uzunluğu 7,5 km, eni 7 km-dir.

Tarixi

Əvvəlki adı Papa Tea olmuşdur. Bu isə Polineziya dilindən tərcümədə «Ağ daş» mənasını verir. Makatea ilk dəfə 1722-ci ildə holland səyyahı Yakob Roqeveen tərəfindən kəşf edilir. O, adanı Verkwikking adlandırır.

İnzibati bölgüsü

İnzibati baxımından Ranqiroa kommunasına daxildir.

Əhali

2007-ci il məlumatına görə adada 61 nəfər yaşayır. Moumu əsas yaşayış məntəqəsidir.

İqtisadiyyat

Makatea Sakit okeanın fosfat ehtiyatına sahib 3 adadan (NauruBanaba) biridir. 1917 - 1966-cı illərdə burada fosfat emalı gerçəkləşdirilirdi.

Yerli əhalinin əsas məşquliyyəti kənd təsərrüfatıdır (kopra yığımı və kokos yengəci ticarəti).

Ada böyük quano ehtiyatına sahibdir.

Arxipelaqda yeganə şirin su ehtiyatına sahib adadır.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.