Makalu
Makalu (çin. 马卡鲁山,Mǎkǎlǔ Shān — «Qara nəhəng») (8485 m) — dünyanın beşinci ən hündür zirvəsi. Mahalanqur-Himal silsiləsinin şərq hissəsində yeləşir. Bölgə ümumən mərkəzi Himalaya aid olub Çinlə (Tibet Muxtar vilayəti) Nepalın sərhəddindədir. Zirvəni Everestdən 22 km-lik məsafə ayırır. Dağın zirvəsi dördtərəfli piramidanı xatırladır. Makalu səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i uğur qazana bilir.[2]
Makalu | |
---|---|
çin. 马卡鲁山 | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Himalay |
Dağ silsiləsi | Mahalanqur-Himal |
Mütləq hündürlüyü | 8485[1] |
Nisbi hündürlüyü | 2378 m |
Yerləşməsi | |
27°53′21″ şm. e. 87°05′19″ ş. u. | |
Ölkələr | |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Dağ massivi iki zirvədən ibarətdir. Hər ikisinin hündürlüyü 8 km-i keçir:
№ | Zirvə | Hündürlük,m |
---|---|---|
1 | Əsas Makalu | 8481 |
2 | Cənub-şərqi Makalu | 8010 |
Everestdən və Lhotzedən şimal-qərb zirvəsi olan Kanqçunqze aydın görsənir. Onu bəzən Makalu II adlandırırlar.[3]
Tarixi
Makalu dağı avropalılara XIX əsrin ikinci yarısında məlum olsada, ilk dağa dırmanış cəhti 1950-ci illərin ortalarında baş vermişdir. Mahlanqur-Himalda yerləşən əsas səkkizminliklərdən Lhotze və Makalu bir növ Everestin kölgəsində qalmışdır. Əksər ekspedisiyaların məqsədi dünyanın ən yüksək zirvəsini fəth etmək olduğundan Makaluya az diqqət ayrılmışdır.
Dırmaşma xronologiyası
Müasir dövrdə (2015) Makalunun zirvəsinə 17 marşrut müəyyən olunub.[4]
1954-cü ildə Kaliforniya alpinist klubunun ekspedisiyası ilk dəfə olaraq zirvəyə qalxmağa cəht edir. Amerikalılar ancaq 7060 metr yüksəkliyə çata bilirlər. Həmən ilin payızında fransız alpinistlər bu əraziyə kəşfiyyat məqsədli ekspedisiya təşkil etdir. 1955-ci ilin yazında Jan Frankonun rəhbərlik etdiyi fransız ekspedisiyasının üzvləri zirvəni ilk dəfə olaraq fəth etdilər. 1970-ci ildə yaponlar ikinci dəfə olaraq Makalunu fəth etdilər.
Barun vadisi
Makalu dağının ətəyində Barun vadisi yerləşir. Vadi bütövlükdə Makalu Barun Milli Parkında yerləşir. Bura 1992-ci ildə Himalay dağlarında,Saqarmatxa Milli Parkının şərq ardı kimi təsis olunmuşdur. Milli parkın sahəsi 1.500 km2 olub, Nepalın Solukhumbu və Sankxuvasabxa rayonlarını əhatə edir. Makalu Barun dünyada yeganə milli parkdır ki, dəniz səviyyəsindən 8.000 metr yüksəklikdə yerləşir. Milli parkda tropik meşələr və başı qarlı uca zirvələr yerləşir. Bufer zonası milli parkın cənub və cənub-şərq yamaclarındadır və sahəsi 820 2-dır.[5] Milli park qərbdən şərqə 66 km, cənubdan şimala 44 km qədər uzanır. Dəniz səviyyəsindən 314-377 metr yüksəklikdə yerləşən, cənub-şərqdəki Arun dərəsindən hündürlük getdikcə artır.[6] Milli park şimalda yerləşən Tibet muxtar regionundakı Comolunqma Milli Təbiət Qoruğu ilə beynəlxalq sərhədə malikdir.
Xarici keçidlər
- Makalu on SummitPost
- Makalu on Peakware Arxivləşdirilib 2011-10-25 at the Wayback Machine
- The British Services Makalu Expedition 2004
İstinadlar
- "Peakbagger.com". 2012-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-20.
- "LEARNING BY (NOT) DYING ON THE 8,000M PEAKS" (PDF). 2013-07-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-04-28.
- "Чомолонзо на northsport.ru". 2015-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-23.
- "Макалу. Все маршруты восхождения на пятый по высоте восьмитысячник мира - 4sport.ua". 4sport.ua. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-18.
- Bhuju, U. R., Shakya, P. R., Basnet, T. B., Shrestha, S. (2007). Nepal Biodiversity Resource Book. Protected Areas, Ramsar Sites, and World Heritage Sites Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine. International Centre for Integrated Mountain Development, Ministry of Environment, Science and Technology, in cooperation with United Nations Environment Programme, Regional Office for Asia and the Pacific. Kathmandu, Nepal. ISBN 978-92-9115-033-5
- Carpenter, C. and R. Zomer (1996). Forest ecology of the Makalu-Barun National Park and Conservation Area, Nepal. Mountain Research and Development 16 (2): 135–148.