Makalpinlər
Makalpinlər (ortagel: Clann Chinaeda meic Ailpín) və ya Alpinlər (ing. House of Alpin, Alpínid dynasty) — 841-ci ildən 1018-ci ilə qədər Dal Riada, Alba, Piktaviya (843-cü ildən) və Stratklayd (889-cu ildən) kral sülaləsi. Sülalənin qurucusu Dal Riada ilə Piktaviyanı bir araya gətirmiş və Alba krallığını qurmuş Kennet mak Alpindir. Daha sonra Alba krallığı ilə Stratklayd krallığı birləşmiş və Şotlandiya krallığını qurmuşdur. 1034-cü ildə sülalə yeni bir kişi üzvü olmadığından süquta uğramışdır. Makalpinlərdən sonra Şotlandiyaya ardıcılıq olaraq, Dankeld sülaləsi, Morey sülaləsi, Balliol sülaləsi, Bryus sülaləsi və Stüartlar sülaləsi rəhbərlik etmişdir.[1]
Genealogiya
- II Alpin (–834) — Dal Riada kralı.
- Kennet mak Alpin (–859) — II Alpinin oğlu. Dal Riada və Piktaviya kralı. O, 843-cü ildən Alba krallığını qurmuşdur.
- I Konstantin (–877) — I Kennetin oğlu. 863-cü ildən kral. Nəticələr üçün aşağıya baxın.
- Ağayaq Ed (–889) — I Kennetin oğlu. 877-ci ildən kral. Nəticələr üçün aşağıya baxın.
- I Kennetin qızı; həyat yoldaşı: Run ap Artqal (ö. 877) — 872-ci ildən Stratklayd kralı; oğlu: Eoxeyd (ö. 889) — 877-ci ildən Stratklayd kralı, 878-ci ildən Alba kralı.
- I Kennetin qızı; həyat yoldaşı: I Ağ Olav (h. 840–871) — 853-cü ildən Dublin kralı.
- I Kennetin qızı; həyat yoldaşı: IV Ed (ö. 879) — 855-ci ildən Aylex kralı, 861-ci ildən İrlandiyanın ali kralı.
- I Donald (–863) — II Alpinin oğlu. 859–863-cü illərdə Alba kralı.
I Konstantinin nəticələri
- I Donald (–900) — I Konstantinin oğlu. 889-cu ildən Alba kralı.
- I Malkolm (–954) — I Donaldın oğlu. 942–954-cü illərdə Alba kralı.
- Duff (ö. 967) — I Malkolmun oğlu. 962-ci ildən Alba kralı.
- III Kennet (–25 mart 1005) — Duffun oğlu. 997-ci ildən Alba kralı.
- Girik (–1005) — III Kennetin oğlu.
- Gillekomqan (–999) — III Kennetin oğlu.
- Gillekomqanın oğlu
- Gillekomqanın oğlunun qızı (–1035); həyat yoldaşı: Katal — Qərbi Leyster kralı.
- Gillekomqanın oğlunun qızı (–1035); həyat yoldaşı: Katal — Qərbi Leyster kralı.
- Gillekomqanın oğlu
- Boede (–1033) — III Kennetin oğlu.
- Gille — Boedenin oğlu.
- Qruox (d. 1015–) — Boedenin qızı; birinci həyat yoldaşı: Gillekomqan — Moreya vilayətinin mormeri; ikinci həyat yoldaşı: Makbet — Şotlandiya kralı.
- II Kennet (–995) — I Malkolmun oğlu. 971-ci ildən Alba kralı.
- II Malkolm (h. 953–1034) — II Kennetin oğlu. 1005-ci ildən Alba kralı.
- Betok — II Malkolmun qızı; həyat yoldaşı: Krinana — Atolla mormeri; oğlu: I Dunkan mak Krinan — Şotlandiya kralı (sülalə: Dankeld).
- Donada (Alina) — II Malkolmun qızı; həyat yoldaşı: Moreyli Findlex mak Rori — oğlu: Makbet — Şotlandiya kralı (sülalə: Morey).
- II Malkolmun qızı; həyat yoldaşı: II Siqundra (–1014) — Orkney yarlı.
- Kennet (d. 995) — II Malkolmun oğlu.
Ağayaq Edin nəticələri
- II Konstantin (d. 952) — Ağayaq Edin oğlu. 900–943-cü illərdə Alba kralı.
- İndulf (ö. 962) — II Konstantinin oğlu. 954-cü ildən Alba kralı.
- Kulen (ö. 971) — İndulfun oğlu. 967-ci ildən Alba kralı.
- III Konstantin (ö. 997) — Kulenin oğlu. 995-ci ildən Alba kralı.
- Eoxad (ö. 971) — İndulfun oğlu.
- Amfal (ö. 977) — İndulfun oğlu. Alba kralı titulu uğrunda 973–977-ci illərdə vuruşub.
- Eohan (–937) — II Konstantinin oğlu.
- Kellax (–937) — II Konstantinin oğlu.
- II Konstantinin qızı; həyat yoldaşı II Olav — Dublin kralı.
- II Donald (ö. 934) — Ağayaq Edin oğlu. 908–916-cı illərdə Stratklayd kralı.
- Eohan (–934/937) — II Donaldın oğlu. 915-ci ildən Stratklayd kralı.
- III Donald (–971) — Eohanın oğlu. 937-ci ildən Stratklayd kralı.
- Amdarx (–973) — III Donaldın oğlu. 971-ci ildən Stratklayd kralı.
- I Malkolm (–997) — III Donaldın oğlu. 973-cü ildən Stratklayd kralı.
- II Eohan (–1018) — III Donaldın oğlu. 997-ci ildən Stratklayd kralı.
Mənbə
İstinadlar
- Mak-Kenzi, 2006. səh. 94
Ədəbiyyat
- Mak-Kenzi, Aqnes. Кельтская Шотландия (rus). Moskva: Вече. 2006. səh. 90–116. ISBN 5-9533-1527-9.
Xarici keçidlər
- "Stratklayd kralları". allmonarchs.net (ingilis). 25 aprel 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2019.
- "Şotlandiya kralları". allmonarchs.net (ingilis). 25 aprel 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2019.
- "KINGS of SCOTLAND 834-1034". fmg.ac (ingilis). Foundation for Medieval Genealogy. 12 fevral 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2019.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.