Mak-Robertson Torpağı
Mak-Robertson Torpağı[1][2] (ing. Mac. Robertson Land) — Antarktida ərazisi olaraq 60° və 73° şərq uzunluqları arasında qərarlaşır. Şimaldan sahillərini Birlik dənizinin suları yuyur.
Mak-Robertson Torpağı | |||
---|---|---|---|
ing. "Mac. Robertson Land" | |||
|
|||
70°00′ c. e. 65°00′ ş. u. | |||
Ölkə | Antarktida | ||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Mərkəzi hissələrdə buzlağın qalınlığı 2000 metr təşkil edir. Sahil hissədə buzdan azad olmuş çoxlu ərazilər vardır. Cənubunda Şahzadə Çarlz dağları yerləşir.
Mak-Robertson Torpağı 1930-cu ildə Britaniya-avstraliya-yenizelandiya ekspedisiyasının rəhbəri olan Duqlas Mouson tərəfindən kəşf edilmiş və ekspedisiyanı maliyyələmdirən sahibkarlardan birinin şərəfinə adlandırılmışdır.
Əraziyə Avstraliya iddia edir[3]. Ancaq 1961-ci ildə imzalanan Antarktida haqqında konvensiyaya görə əraziyə iddialar dondurulmuşdur.
1954-cü ildən bölgədə Avstraliyaya məxsus olan Mouson Antarktika stansiyası fəaliyyət göstərir.
İstinadlar
- "Australian Antarctic Division. Mac. Robertson Land". 2011-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-10.
- Australian Antarctic Division. "Antarctic Gazetteer". Australian Antarctic Division. 2012-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-08.
- "SCAR Gazetteer Ref. No 8833 Mac. Robertson Land". 2012-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-10.