Mais Salmanov
Salmanov Mais Qurban oğlu (12 fevral 1933, Şamxor – 25 iyul 2008, Bakı) — xanəndə, Azərbaycan Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti, prezident təqaüdçüsü.
Mais Salmanov | |
---|---|
Mais Qurban oğlu Salmanov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəmkir, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Janr | muğam |
Təhsili |
Həyatı
12 fevral 1933-cü ildə Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun rolunun ifaçısı olub.
Tanınmış neftçi-alim Fərman Salmanovun qardaşıdır.
2008-ci ildə Bakıda vəfat etmişdir.
Adlar və mükafatlar
- Azərbaycanın Əməkdar Artisti (1978)
- Prezident Təqaüdçüsü (2000)
Xarici keçidlər
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.