Mais Süleymanov

Mais Kazım oğlu Süleymanov - Azərbaycanlı alim, Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor.[1][2][3]

Mais Süleymanov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası Fizika
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
Mükafatları Azərbaycan LKGİ mükafatı  — 1982

Həyatı

1953-cü il may ayının ikisində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində almışdır. Hal-hazırda Bakı şəhərində yaşayır. Uzun müddət Pakistanın paytaxtı olan İslamabad şəhərində COMSATS İnformasiya Texnologiyaları İnstitutunun Fiziki fakültəsində fəaliyyət göstərmişdir.

Fəaliyyəti

1975-ci ildən Moskva vilayətinin Duna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Yüksək Enerjilər Laboratoriyasında əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə BNTİ-də fizika-riyaziyyat elmləri üzrə namizədlik, 2000-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-2003-cü illərdə Çex Respublikası Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda, 2003-2006-cı illərdə isə yenidən BNTİ-də mütəxəssis alim kimi çalışmışdır. O, beynəlxalq nüfüzlu jurnallarda dərc olunmuş 250-dən çox elmi əsərin müəllifidir. Onun elmi rəhbərliyi ilə 5-dən çox mütəxəssis fəlsəfə doktoru alimik dərəcəsinə layiq görülmüşdür.[3]

Mükafatları

  • Azərbaycan SSR Lenin komsomolu mükafatı (1982)
  • Comsats İnformasiya Texnologiyaları İnstitutunun tədqiqatda məhsuldarlığa görə diplomları
  • REA jurnallarında ən yaxşı məqalələrə görə Beynəlxalq Akademik Nəşriyyat şirkətinin   Elm/İnterperiodika mükafatı

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.