Mahmudoba

MahmudobaAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[1]

Mahmudoba
39°24′35″ şm. e. 45°37′42″ ş. u.
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Şahbuz rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 864 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 7118
Mahmudoba xəritədə
Mahmudoba
Mahmudoba

Filologiya elmləri doktoru Adil Bağırovun kəndin adı və tarixi ilə bağlı araşdırmalarında oxuyuruq ki, 1590-cı ilə aid mənbədə Dərəşahbuz nahiyəsində bu kənd adına rast gəlinmir. Görünür, həmin dövrdə kəndin adı başqa imiş və yaxud kənd Naxçıvan nahiyəsinə daxil imiş. 1727-ci ilə aid mənbədən Dərəşahbuz nahiyəsindəki Mahmudabad kəndində heç kimin yaşamadığı, başqa yerdən gələnlərin bu kəndin torpaqlarından istifadə etdikləri və bu hesaba ildə üç min ağça vergi verdikləri məlum olur. XIX əsrdə isə kənddə kərgərlilərin Salayçı tayfasına məxsus ailələrin yaşaması və torpaq sahələrinə Nadir xan Sultanın sahiblik, hakimlik etdiyi qeyd olunur. 1590-cı ildə Naxçıvan nahiyəsinə daxil olan bu kənd salayçılara məxsus olub. Ancaq onlar yay vaxtı bu kənddə yaşamış və sonralar kəndi daimi yaşayış məntəqəsinə çevirmişlər. Belə variantı da məqbul saymaq olar ki, 1590-cı illərdə Naxçıvan nahiyəsində olan Mahmudabad kənd sakinləri əkinçiliyi və maldarlığı inkişaf etdirmək məqsədilə Dərəşahbuz nahiyəsinə köçmüş və öz kənd adlarını da burda yaşatmışlar. “Mahmudabad” şəklində işlənən bu adın tərkibindəki “abad” komponenti sonra “oba” komponenti ilə əvəzlənib. Və canlı danışıq dilində “oba” sözünün “ava” variantı da (Mahmudava) işlənib. Bu ad hər üç variantda “Mahmuda məxsus oba, Mahmud tərəfindən salınmış kənd” mənasında işlənir.[2]

Əhalisi

Əhalisi 864 nəfərdir.[3]

Tanınmış şəxsləri

  • Xanəli Kərimli (Kərimli Xanəli Abbasəli oğlu) (d: 27.11.2951, Mahmudoba, Şahbuz), şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru.

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh
  2. "Arxivlənmiş surət". 2017-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-16.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.