Mahmudlu (Qubadlı)

MahmudluAzərbaycan Respublikasının Qubadlı rayonunun Mahmudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Mahmudlu kəndi Qayalı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mahmudlu kənd Soveti yaradılmışdır.[1]

Mahmudlu
39°22′10″ şm. e. 46°34′19″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Mahmudlu xəritədə
Mahmudlu
Mahmudlu

Etimologiyası

Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır.[2]

Tarixi

Yaşayış məntəqəsi kürd mənşəli, XVI–XVII əsrlərdə Türkiyədə, Van gölünün şərqində yaşayan[3] mahmudlu tayfasının məskunlaşması nəticəsində yaranmışdır.[2] Kənddə XVI əsrə aid daş qoç fiquru, Qara-Qaya sığınacağı və XIX əsrə aid körpü yerləşir.[4]

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Mahmudlu kəndi mahalın bir hissəsi olmuşdur.[5] Kürdüstan qəzası ləğv edildikdən sonra Mahmudlu Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[6]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[7]

Coğrafiyası

Kənd Bazarçayın sahilində, dağlıq erazidə yerləşir.[2]

Əhalisi

Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur.[3]

İstinadlar

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
  2. Mahmudlu (Qubadlı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Həmid, Tural. "Azərbaycan kürdləri". AzLogos. 12 iyun 2020. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  4. "Arxivlənmiş surət". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-12.
  5. Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
  6. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
  7. "525-ci Qəzet - Qubadlının azad olunmasından 2 il ötür". 525.az. İstifadə tarixi: 2022-10-31.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.