Mahmud Mirzə Qacar

Mahmud Mirzə Qacar (9 oktyabr 1905, Tehran2 iyun 1988) — Qacar sülaləsinin şahzadəsi, sülalənin rəisi və Məhəmmədəli şah Qacarın oğlu. O, əmisi oğlu Həmid Mirzə Qacarın 1988-ci il may ayının 5-də ölümündən sonra ölümünə qədər (2 iyul 1988) Qacar sülaləsinin rəisi olmuşdur.[1]

Mahmud Mirzə Qacar
Qacarlar sülaləsinin rəisi
5 may 1988 2 iyul 1988
ƏvvəlkiHəmid Mirzə Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 9 oktyabr 1905(1905-10-09)
Doğum yeri
Vəfat tarixi 2 iyun 1988(1988-06-02) (82 yaşında)
Atası Məhəmməd Əli şah Qacar
Anası Məleykə Cahan Bəyim
Ailəsi Qacarlar

Ailəsi

Mahmud Mirzə Qacar İffət Aştiani ilə evlənmişdir. Bu evlilikdən bir oğulları və bir qızları olmuşdur.

  • Şahzadə Turanduxt (1 fevral 1940, Deauville). O, Keyxosrov Kamrani (ö. 8 yanvar 2007, Paris) ilə evlənmişdir. Keyxosrov Kamrani Nəsrəddin şahın oğlu Kamran Mirzənin oğlu olmuşdur. Bu evlilikdən Şahzadə Cahangir Kamrani (d. 8 yanvar 1970, Paris) və Şahzadə Navid (d. 15 iyun 1981, Paris) dünyaya gəlmişdir.
  • Şahzadə Məhəmməd Əli Mirzə (d. 23 may 1942, Paris). Bankirdir. O, birinci evliliyini Robin Qacar-Vamboldla etmişdir. Robin Qacar-Vambold Məhəmməd Həsən Mirzənin qızı Giti Əfruzun qızı olmuşdur. Onlar övladları olmadan boşanmışdırlar. Məhəmməd Əli Mirzə ikinci evliliyini Şarlotta Fournoislə etmişdir. Bu izdivacdan Şahzadə Roksanna (d. 30 may 1993, Paris) adlı qızı vardır.

Həmçinin bax

İstinadlar

  1. IQSA. "Mahmoud Mirza" (ing. ). www.qajarpages.org. 2011-06-05 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.