Mahmud Canbaxışov

Mahmud Surxay oğlu Canbaxışov (1975, Daşkənd, Vardenis rayonu17 aprel 1994, Füzuli rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi.

Canbaхışоv Mahmud
Canbaхışоv Mahmud Surхay оğlu
Şəxsi məlumatlar
Doğum tarixi 1975
Doğum yeri
Vəfat tarixi 17 aprel 1994(1994-04-17)
Vəfat yeri
Vəfat səbəbi şəhid
Dəfn yeri bilinmir
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Atası Canbaхışоv Surхay
Hərbi fəaliyyəti
Döyüşlər

Həyatı

Mahmud Canbaxışov 1975-ci ildə Göyçə mahalının Vardenis rayonunun Daşkənd kəndində doğulmuşdur.[1]

1982-ci ildə Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir.

1988-ci ildə ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, əvvəlcə Bərdə rayonunun Yeni Daşkənd kəndində, 1990-cı ildən isə Xanlar rayonunun Qarabulaq kəndində məskunlaşmışdır. 1992-ci ildə Quşçu kənd orta məktəbini bitirmişdir.[2]

1993-cü ildə Xanlar RHK-dan Milli Orduya çağırılmışdır.

Sıravi əsgər, 181-ci hərbi hissənin avtomatçısı Mahmud Canbaxışov 1994-cü il aprelin 16-dan 17-nə keçən gecə Füzuli rayonunun Qızılqaya istiqamətində gedən döyüşdə minaya düşərək şəhid olmuşdur.[3]

Məzarının yeri bilinmir. İtkin-şəhid hesab edilir. 1995-ci ildə məhkəmə qətnaməsi ilə o şəhid hesab edilir.

Ailəsi

Mahmud subay idi. Professor Qələndər Canbaxışovun qardaşı, həkim Turab Canbaxışovun əmisidir.

İstinadlar

  1. Canbaхışоv Mahmud Surхay оğlu // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə). II cild. Bakı: "Respublika Xatirə Kitabı" redaksiyası, 2000. səh. 575.
  2. Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 265. ISBN 978-9952-568-22-6.
  3. Əkbər Mirzəzadə. Adlarını tarixdə yazdıran kişilər. ("Bərdə taborları"). Bakı, "MTR Group Polygraphics", 2014. səh. 54

Ədəbiyyat

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.