Rəcaizadə Mahmud Əkrəm
Rəcaizadə Mahmud Əkrəm (Osmanlı türkcəsi: رجاﺋﻰ زاده محمود اكرم) (1 mart 1847[1], Konstantinopol – 31 yanvar 1914[1], Konstantinopol) — Osmanlı şairi, nasiri və dramaturqu.
Rəcaizadə Mahmud Əkrəm | |
---|---|
Doğum tarixi | 1 mart 1847[1] |
Doğum yeri | |
Vəfat tarixi | 31 yanvar 1914[1] (66 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | ədəbiyyat tənqidçisi, yazıçı, tərcüməçi, müəllim |
Rəcaizadə Mahmud Əkrəm Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Türkiyə ədəbiyyatında "Tənzimat" dövrünün ən məşhur şair, nasir və dramaturqlarından olan Rəcaizadə Mahmud Əkrəm eyni zamanda "Sərvəti-funun"çuların sələflərindəndir. Böyük müasiri Namiq Kamalın yaradıcıhğına nə qədər mübarizlik, döyüşkənlik ruhu hakimdirsə, Mahmud Əkrəm bir o qədər həzin lirik şairdir. Övladlarının, xüsusilə sevimli oğlu Nicatın vaxtsız ölümü şairi sarsıtmış, onun yaradıcılığında kədər, bədbinlik motivləri daha da artmışdır.[2]
İstinadlar
- Recaizade Mahmud Ekrem // Encyclopædia Britannica (ing.).
- Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. Archived from the original on 2022-07-18. İstifadə tarixi: 2017-07-08.
Vikimənbədə Müəllif:Rəcaizadə Mahmud Əkrəm ilə əlaqəli məlumatlar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.