Mahmud Əfşar Tus
Mahmud Əfşar Tus — Azərbaycan əsilli İranlı general və baş nazir Məhəmməd Musəddiq hökuməti zamanı polis rəisi. O Müsəddiq əlehidarları olan və MI6 kəşfiyyatçıları tərəfindən idarə olunan qrup tərəfindən oğurlanaraq, qətl edilibdir. Hesab olunur ki, Mahmud Əfşarın öldürülməsi 1953-cü ildə baş vermiş dövlət çevrilişinə cəhd üçün şərait yaradıb.
Mahmud Əfşar Tus | |
---|---|
محمود افشارطوس | |
Doğum tarixi | |
Doğum yeri | Tehran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Atası | Həsən xan Əfşar Tus (Şiblüssəltənə) |
Fəaliyyəti | hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Atası Həsən xan Əfşar Tus (Şiblüssəltənə), Əmir İsa xhan Vəli Ehtişamüddövlənin altıncı oğlu və Əmir Məhəmməd Qasım xan Qovanlı Qacarın nəvəsi idi. Mahmud Əfşar Tusun anası Fatimə Soltan xanım kürd əsilli idi. Onun atası Ağa Mirzə Zaman Xan Kürdəstani əslən Zərrin tayfasından, olub, Nəsirəddin şah Qacar dönəmində Şah mühafizəçilərinin rəisi təyin edilib, Şahin bacısı qızı Pəri Sultan xanımla evlənmişdir.
Mahmud Əfşar Tus 1907-ci ildə Tehranda doğulub. O zabitlər akademiyasının məzunu olub.
Eyni zamanda, Mahmud Əfşar Tus Şah Rza Pəhləvinin üçüncü arvadı Qəmər-əl-Mülükün də qohumudur.