Mahmud Şövkət Paşa
Mahmud Şövkət Paşa (1856, Bağdad — 11 iyun 1913, İstanbul) — Osmanlı hərb və dövlət xadimi. 31 mart hadisəsi kimi tanınan üsyanın yatırılmasında və II Əbdülhəmidin taxtdan endirilməsində rol oynamış, V Mehmet Rəşad səltənətində 23 yanvar 1913 – 11 iyun 1913 tarixləri arasında dörd ay on doqquz gün sədrəzəmlik etmişdir.
Mahmud Şövkət Paşa | |
---|---|
türk. Mahmud Şevket-paşa | |
23 yanvar 1913 – 6 iyun1913 | |
Əvvəlki | Kıbrıslı Mehmed Kamil Paşa |
Sonrakı | Səid Həlim Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1856[1][2][…] |
Doğum yeri | Bağdad, Osmanlı İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, zabit |
Dini | islam |
Rütbəsi | Admiral |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1856-cı ildə Bağdadda anadan olub. Tbilisili Hacı Talib Ağanın nəvəsi, Fars mutasarrıfı Kındhudazadə Süleyman Faiq bəyin oğludur. Ata tərəfindən nəsli İraqa yerləşmiş Gürcü mənşəli bir ailəyə bağlıdır[3]. İlk və orta təhsilini Bağdadda tamamladıqdan sonra İstanbula getdi. 1882-ci ildə kapitan olaraq Məktəbi Hərbiyyəni bitirdikdən sonra bir müddət Giritdə fəaliyyət göstərib, ertəsi il Məktəbi Hərbidə müəllimliyə başlamışdır.
Bir müddət Baron von der Goltzun altında çalışdı, silah satın alma komissiyasının üzvü kimi Almaniyaya getdi. 1884-cü ildə kolağası, 1886-cı ildə mayor, 1889-cu ild polkovnik-leytenant oldu. 1891-ci ildə miralaylığa yüksəlib. Həmin il yenidən Almaniyaya getdi və uzun müddət orada qaldı. Dönüşündə (1899) general-mayor rütbəsində Tophane Amirə Müayinə Komissiyasının sədri vəkilliyi vəzifəsinə təyin edildi. 1905-ci ildə Kosova valisi təyin edildi. Bu vəzifəni zamanı Makedoniya probleminin həlli üçün göstərdiyi fəal səylər səbəbiylə ordu içində və xalq arasında nüfuz qazandı. II Hökumətin elanından sonra Selanikdə yerləşən 3-cü Ordu komandanlığına təyin edildi. Bu vəzifədə 31 Mart hadisəsinin çıxması ilə, daha sonra Hərəkat Ordusu kimi tanınacaq olan birlikləri İstanbula göndərdi. Özü də 22 aprel 1909-cu ildə İstanbula gedərək komandanlığı ələ aldı və hərbi vəziyyət elan etdi.
II Əbdülhəmidin taxtdan endirilməsindən sonra qurulan İbrahim Haqqı Paşa hökumətində hərbi nazir oldu və güclü bir mövqeyə sahib oldu[4]. Lakin İttihad və Tərəqqinin təzyiqi ilə vəzifəsindən istefa etmək məcburiyyətində qaldı. İttihad və Tərəqqinin həyata keçirdiyi hökumət zərbəsindən sonra (Babı Əli basqını) sonra sədrəzəmliyə gətirildi. Bu dövrdə Balkan müharibəsi məğlubiyyətinin nəticələrilə qarşı-qarşıya qaldı. Osmanlı Dövlətinin islahat proqramı məsələsində İngiltərə, sərhəd münaqişələri məsələsində də İranla arasında olan sərhəd problemlərini həll etməyə çalışdı. Bir tərəfdən də həm İttihad və Tərəqqiyə qarşı inkişaf edən müxalifətlə, həm də İttihad və Tərəqqi daxilindəki çəkişmələrlə məşğul oldu. Gərək bu daxili və xarici problemlər, istərsə də məhz hakimiyyətin İttihad və Tərəqqinin əlində olması, görmək istədiyi islahatları həyata keçirməsini əngəllədi.
11 iyun 1913-cü ildə Bəyazid meydanında avtomobilinin içində uğradığı silahlı hücum nəticəsində öldürülüb və İstanbulun Şişli səmtində 31 mart şəhidlərinin xatirəsinə ucaldılmış Abidə Hürriyyətin olduğu Hürriyyəti Əbədi Təpəsində dəfn edilibdir[5]. Sui-qəsd zamanı içində olduğu avtomobil, mundiri, öldürülən yavərlərin geyimləri və silahlar İstanbul Hərbi Muzeydə nümayiş etdirilir. Sədrəzəm Mahmud Şövkət Paşanın öldürülməsi üstünə, bir müddət Trilyenin adının Mahmud Şövkət Paşa kimi dəyişdiriblər. Qısa müddət sonra yenə köhnə adıyla tanınmış olmuşdur.
İstinadlar
- Swartz A. Mahmud Şevket Paşa // Open Library (ing.). 2007.
- Mahmud Şevket Paşa // Faceted Application of Subject Terminology.
- Mahmut Şevket Paşa, Gürcistan Dostluk Derneği
- Mahmud Şevket Paşa kimdir? Hayatı ve eserleri hakkında bilgi
- "Sadrazam Mahmud Şevket Paşa'nın 100 senedir merak edilen kayıp günlüğü". 2014-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-24.