Mahamat Debi
Mahamat ibn İdris Debi İtno (ərəb. محمود بن إدريس ديبي إتنو; fr. Mahamat ibn Idriss Déby Itno; 1 yanvar 1984[2]) — Çad Keçid Hərbi Şurasının sədri.[3]
Mahamat ibn İdris Debi İtno | |
---|---|
Çad Respublikası Keçid Hərbi Şurasının sədri | |
20 aprel 2021 – h.h | |
Əvvəlki | vəzifə təsis edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Masakori, Çad |
Partiya | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | İdris Debi |
Rütbəsi | Ordu generalı[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Hərbi fəaliyyəti
Mahamat Debi ilk olaraq Çadda hərbi məktəblərin birgə birliyinə yazıldı. Daha sonra Fransada Eks-an-Provans Hərbi Məktəbində təhsil aldı. Geri qayıtdıqdan sonra zabit məktəbi yarı rəhbərliyin ikinci səviyyəsinə yüksəldildi və daha sonra infantlar qrupu komandirinin müavini olaraq Dövlət Qurumlarının Təhlükəsizliyi xidmət şöbəsinə təyin edildi. İlk döyüş təcrübəsini 2006-cı ilin aprelində üsyançıların paytaxta hücum etməsi və daha sonra Çadın şərqindəki döyüşlərə qatılaraq qazandı. Ordusunun üsyançıları məğlub etdiyi Ən Dəm döyüşündə Çad qüvvələrinin komandanlığında iştirak edərkən qüvvələrə rəhbərlik etdi.[4]
Qələbədən sonra DQT-in zirehli eskadrilyaları və mühafizəçilərinin komandanlığına təyinat aldı. 2013-cü ilin yanvarında general Umar Bikimo başçılığında Malidə Çad xüsusi qüvvələrinin komandanlığına təyin edildi. 22 fevralda ordusu ilə İfoğas döyüşündə iştirak etdi. Mühüm əhəmiyyətə sahib olduğu deyilən üsyançı bazanı ortadan qaldıraraq, üsyançılara ağır itkilər verdi, eyni zamanda xüsusi təyinatlı qüvvələrin komandiri Əbdül Əziz Həsən Adəm də daxil olmaqla iyirmi altı nəfəri itirdi. Mahamat ŞMÇM-in tam komandanlığını əlinə aldı və şimaldakı üsyançılara qarşı əməliyyatlara rəhbərlik edir.[5]
Keçid Hərbi Şurasının sədri fəaliyyəti
Mahamatın atası İdris Debi 20 aprel 2021-ci ildə ÇDRC tərəfindən öldürüldükdəm sonra ordu hökumətin və Milli Məclisin ləğv edildiyini və Mahamatın rəhbərlik etdiyi Keçid Hərbi Şurasının 18 ay dövlətə rəhbərlik edəcəyini elan etdi. Yeni nizamnamə Çad Konstitusiyasını əvəz etdi və Mahamatı müvəqqəti Prezident və silahlı qüvvələrin başçısı etdi.[6]
Çadda bəzi siyasi fiqurlar keçid hərbi hökumətinin qurulmasını "dövlət çevrilişi" adlandırdılar, çünki prezident boşluğunun doldurulmasına dair konstitusiya müddəalarına əməl edilmədi. Məhz konstitusiyaya görə, Milli Məclisin sədri Harun Kabadi Prezident İdris Debinin ölümündən sonra Prezident vəzifəsini icra etməli və erkən seçki 45 gündən az, 90 gündən çox olmamaq şərti ilə təyin edilməli idi. Çadın əsas siyasi müttəfiqlərindən biri olan Fransa üsyanın səbəb olduğu "müstəsna halları" əsas gətirərək inkişafı lazımlı şəkildə müdafiə etdi. ÇDRC üsyançıları yeni hökumətə açıq təhdid edərək, "Çad monarxiya deyil" şüarı ilə Ncamenaya çatana və Mahamat Debini hakimiyyətdən kənarlaşdırana qədər mübarizəyə davam edəcəyinə söz verdi.[7]
İstinadlar
- https://presidence.td/declaration-du-conseil-militaire/.
- https://presidence.td/portrait/.
- "Arxivlənmiş surət". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
- "Arxivlənmiş surət". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
- "Arxivlənmiş surət". 2013-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
- "Arxivlənmiş surət". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
- "Arxivlənmiş surət". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.