Mahaçqala
Mahaçqala (rus. Махачкала, qum. Анжи-къала, Магьачкъала, avar. МахIачхъала, ləzg. Магьачкъала, tab. Мягьячгъала, darg. ГIянжи-Къала, МяхIячкъала, lak. МахІачкъала, Анжи[1]) — Rusiyanın cənubunda yerləşən Dağıstan Respublikasının paytaxtı. Sahəsi 671 km²[2] əhalisi 462.412 nəfərdir (2002).[3] Şəhər Böyük Qafqaz ilə Xəzər dənizinin aralığında yerləşir.
Mahaçqala | |||||
---|---|---|---|---|---|
Махачкала | |||||
|
|||||
42°59′ şm. e. 47°29′ ş. u. | |||||
Ölkə |
Rusiya Dağıstan |
||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1844 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 10 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 367000–367999 | ||||
Digər | |||||
newmkala.ru | |||||
| |||||
Vikianbarda əlaqəli mediafayllar |
Bəzi ehtimallara görə, orta əsrlərin əvvəlində indiki Mahaçqalanın yerində Xəzər xaqanlığının paytaxtı Səməndər yerləşirdi. Həmçinin qumuq xalqının Tarku şamxallığının mərkəzi olan Tarku kəndi də burada yerləşirdi; hazırda keçmiş Tarkunun ərazisi Mahaçqalanın məhəllələrindən birinin ərazisidir.
Mahaçqala 1844-cü ildə rus hərbi istehkamı kimi salınmışdır. Şəhərin limanı 1870-ci ildə tikilib. 1898-ci ildə şəhər Bakı və Vladiqafqaz ilə dəmiryol vasitəsi ilə birləşdirilib. 1914-də burada ilk neft zavodu inşa edildi.
1857-ci iləcən Petrovskoye (rus çarı I Pyotrun şərəfinə), 1921-ci iləcən Petrovsk-Port, 1920-1922-ci illər arası isə Şamilqala (Şeyx Şamilin şərəfinə) adlanırdı. İndiki adı, ləqəbi "Maxaç" olan dağıstanlı inqilabçı Məhəmməd Əli Daxadayevin şərəfinə sovet dövründə qoyulub.
Yerli əhali şəhəri Anciqala ("inci qalası") adlandırır; şəhərin futbol klubu "Anji Mahaçqala" (ФК «Анжи́» Махачкала) da məhz bu adı daşıyır.
1989-cu il siyahya almasına görə əhalisinin 21%-ni avarlar, 17%-ni ruslar, 15%-ni qumuqlar, 12,4%-ni dargilər, 12%-ni laklar, 9.5%-ni ləzgilər, 4.3%-ni çeçenlər, 1.6%-ni azərbaycanlılar, 7.2%-ni digər xalqlar təşkil edir.[4]
Mahaçqalada hazırda 62 məktəb, 5 ali məktəb, 4 kinoteatr, 3 respublika kitabxanası fəalliyət göstərir, habelə: avar, qumuq, və lakların musiqi-dram teatrları, Dağıstan Dövlət Filarmoniyası, Mahaçqala Musiqi Məktəbi, Poeziya Evi, Hökumət Evi, Şahmat Evi, Dağıstan Respublikası Milli Kitabxanası, Respublika Uşaq Kitabxanası, Dağıstan Kukla Teatrı, Dağıstan Opera və Balet Teatrı, "Dinamo" Stadionu, Rusiya Elmlər Akademiyası Dağıstan Elm Mərkəzinin dağüstü botanik bağı, Təsviri İncəsənət muzeyi, Cümə məscidi, Şeyx Şamil adına məscid, Müqəddəs Vladimir kilsəsi və s. fəaliyyət göstərirlər.
Xarici keçidlər
İstinadlar
- Лакско-русский словарь. Лакку мазрал ва оьрус мазрал словарь. М., Гос. изд-во иностранных и национальных словарей, 1962. с. 336, 340
- "Administrative Divisions of Countries ("Statoids") : Raions of the Russian Federation". 2013-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-26.
- "Республика Дагестан". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-26.
- "Этнический состав населения Дагестана !". 2009-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-26.