Magical Girl Raising Project

Magical Girl Raising Project, Yaponiyada tanınan adı ilə Mahou Shoujo Ikusei Keikaku (魔法少女育成計画, azərb. Maho-şoco yetişdirmə layihəsi) və ya qısaca MahouIku — Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılan ranobe seriyası. Ranobe "Magical Girl Raising Project" adlı sosial oyun vasitəsilə maho-şoco gücü əldə etmiş 16 qızın sağ qalma mübarizəsindən bəhs edir. Takarajimasha nəşrriyyatı tərəfindən 2012-ci ildən indiyə kimi Kono Light Novel ga Sugoi! Bunko imprinti altında 9 cildini buraxılmışdır.

Magical Girl Raising Project
Birinci ranobe cildinin üzlüyü. Personaj: Koyuki Himekava
魔法少女育成計画
(Mahō Shōjo Ikusei Keikaku)
azərb. Maho-şoco yetişdirmə layihəsi
Janr maho-şoco, döyüş
Manqa
ManqakaAsari Endo
RəssamMaruino
NəşriyyatTakarajimasha
Demoqrafiyakişilər
Nəşr tarixi8 iyun 2012 – hazırda
Cildlər10 (cild siyahısı)
Manqa
YazıçıAsari Endo
RəssamPoçi Edoya
NəşriyyatKadokawa Shoten
JurnalComp Ace
Demoqrafiyaseynen
Nəşr tarixi26 sentyabr 201426 oktyabr 2015
Cildlər2 (cild siyahısı)
Fəsil sayı11
Manqa
Magical Girl Raising Project: Restart
YazıçıAsari Endo
RəssamNori Senbey
NəşriyyatKadokawa Shoten
JurnalComp Ace
Demoqrafiyaseynen
Nəşr tarixiiyun 2016 – hazırda
Cildlər1 (cild siyahısı)
Manqa
Magical Girl Raising Project F2P
RəssamRyota Yuzuki
NəşriyyatTakarajimasha
JurnalKono Light Novel wa Sugoi! WEB
Nəşr tarixi29 avqust 2016 – hazırda
Anime
RejissorHiroyuki Haşimoto
ProdüsserEmi Kaşimura
Minami Ken
SsenaristTakao Yoşioka
BəstəkarTakuro İqa
StudiyaLerche
Digər lisenziyalar[1]
KanalAT-X, Tokyo MX, BS11
Buraxılış tarixi1 oktyabr 201617 dekabr 2016
Seriyalar12 (seriya siyahısı)

Poçi Edoyanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunmuşdur və iki tankobon cildi buraxılmışdır. 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-ci ilə kimi Lerche studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası yayımlanmışdır.

Məzmun

Populyar sosial oyun olan "Magical Girl Raising Project" oyunçularına 10.000-də 1 şansla əsl həyatda maho-şocoya çevrilmək imkanı verir. Hər maho-şoconun özünəməxsus xüsusi gücü var və bu gücündən istifadə edərək insanlara kömək etməlidir. Lakin bir gün oyunun administrasiyası 16 maho-şoconun bir şəhər üçün çox olduğu nəticəsinə gəlir və maho-şocoların sayını yarıya endirmək qərarına gəlir. Nəticədə, 16 maho-şoco arasında sağ qalmaq uğrunda mübarizə başlayır.

Personajlar

Magical Girl Raising Project

Koyuki Himekava/Snow White (姫河 小雪/スノーホワイト, Himekawa Koyuki)
Səsləndirən: Nao Toyama[2]
Gücü: Təhlükədə olan insanların səsini eşitmək
N şəhərində yaxşı tanınan maho-şocodur. Maho-şoco geyimi güllərlə örtülmüş ağ məktəbli formasından ibarətdir.
Kano Sazanami/Ripple (細波 華乃/リップル, Sazanami Kano)
Səsləndirən: Manami Numakura[2]
Gücü: Şurikenləri ilə heç bir hədəfi qaçırmamaq
Tək yaşayan lisey tələbəsidir. Maho-şoco geyimi nindza stilindədir.
Fəlakət Meri (カラミティ・メアリ, Karamiti Meari)
Səsləndirən: Kikuko İnoe[3]
Gücü: İstənilən silahı gücləndirmək
N şəhərinin kriminal təbəqəsi tərəfindən tutulmuş maho-şocodur. Maho-şoco geyimi kovboy stilindədir.
Sanae Mokuo/Ruler (木王 早苗/ルーラ, Mokuō Sanae)
Səsləndirən: Yoko Hikasa[2]
Gücü: Verdiyi əmrlərin sorğusuz-sualsız yerinə yetirilməsi
N şəhərindəki bir məbəddə özünü kraliça edən maho-şocodur. Maho-şoco geyimi şahzadə stilindədir.
Tama İnubozaki/Tama (犬吠埼 珠/たま, Inubōzaki Tama)
Səsləndirən: Asuka Nişi[2]
Gücü: Toxunduğu istənilən yerdə diamteri 1 metrə, dərinliyi 5 metrə qədər olan dəlik yaratmaq
Çox utancaq və qorxaq aızdır və Ruler ilə müttəfiqdir. Maho-şoco geyimi it paltarından ibarətdir.
Nemu Sanco/Nemurin (三条 合歓/ねむりん, Sanjō Nemu)
Səsləndirən: Yumiri Hanamori[4]
Gücü: İstənilən şəxsin yuxusuna girmək
24 yaşlı işsiz, tənbəl qızdır, lakin insanlara kömək etməyi sevir. Maho-şoco paltarı pijamadan ibarətdir.
Tsubame Murota/Top Speed (室田 つばめ/トップスピード, Murota Tsubame)
Səsləndirən: Yumi Uçiyama[2]
Gücü: Uçan süpürgəsi ilə çox sürətlə uçmaq
Gülərüz veteran maho-şocodur. Maho-şoco paltarı klassik qara cadugər paltarından ibarətdir.
Ako Hatoda/Hardgore Alice (鳩田 亜子/ハードゴア・アリス, Hatoda Ako)
Səsləndirən: Rina Hidaka[3]
Gücü: Verilmiş zərəri bərpa edə bilmək
Gənc maho-şocodur. N şəhərinin sonuncu – 16-cı maho-şocosudur. Maho-şoco geyimi qara rəngdə olub Alisa möcüzələr ölkəsində stilindədir.
Sota Kişibe/La Pucelle (岸辺 颯太/ラ・ピュセル, Kishibe Sōta)
Səsləndirən: Ayane Sakura[2]
Gücü: Qılıncının uzunluğunu qısaltmaq və uzatmaq
Snow White-ın müttəfiqi və yaxın dostudur. Maho-şoco geyimi Əjdaha cəngavəri stilindədir. Zirehində əjdaha motivləri görmək mümkündür.
Ayana Sakanaqi/Swim Swim (坂凪 綾名/スイムスイム, Sakanagi Ayana)
Səsləndirən: İnori Minase[2]
Gücü: Bədənini mayeyə çevirmək
Çox sakit qızdır və Ruler-in ən sadəqətli müttəfiqidir. Maho-şoco geyimi ağ çimərlik paltarından və qulaqcıqlardan ibarətdir.
Meşə musiqiçisi Klamberri (森の音楽家クラムベリー, Kuramuberī)
Səsləndirən: Mequmi Oqata[3]
Gücü: Səs dalğalarını kontrol etmək
N şəhərinin ətrafındakı xarabalıqlarda yaşayan qızdır. Maho-şoco geyimi güllərlə və yarpaqlarla bəzədilib və görünüşü elfi xatırladır.
Mina Amasato/Minaelle (天里 美奈/ミナエル, Amasato Mina)
Səsləndirən: Risae Matsuda[2]
Gücü: Bədənini istənilən cansızın formasına salmaq
"İti uclu mələklər"dən biridir. O və bacısı Ruler ilə müttəfiqdirlər. Maho-şoco geyimi mələk stilindədir və bir qanadı var.
Yuna Amasato/Yunaelle (天里 優奈/ユナエル, Amasato Yuna)
Səsləndirən: Satsumi Matsuda[2]
Gücü: Bədənini istənilən canlının formasına salmaq
"İti uclu mələklər"dən biridir. O və bacısı Ruler ilə müttəfiqdirlər. Maho-şoco geyimi mələk stilindədir və bir qanadı var.
Şizuka Aşuu/Weiss Winterprison (亜柊 雫/ヴェス・ウィンタープリズン, Shizuka Ashū)
Səsləndirən: Yuu Kobayaşi[4]
Gücü: Ərazidən asılı olaraq istənilən formada divarlar yaratmaq
Güclü maho-şocodur, eləcə də, Sister Nana-nın sevgilisidr. Maho-şoco geyimi qalın qış paltosundan ibarətdir.
Nana Habutae/Sister Nana (羽二重 奈々/シスターナナ, Habutae Nana)
Səsləndirən: Saori Hayami[4]
Gücü: Hər hansı şəxsin fiziki qabiliyyətini artırmaq
Veteran maho-şocodur. Karyerasını şəhəri qorumağa və şəhərə sülh gətirməyə həsr etmişdir. Maho-şoco geyimi rahibə stilindədir.
Makoto Ando/Magicaroid 44 (安藤 真琴/マジカロイド44, Makoto Andō)
Səsləndirən: Satomi Aray[3]
Gücü: Hər gün bel çantasından futuristik alət əldə etmək
Robot maho-şocodur. Maho-şoco geyimi tamamilə robot formasındadır.

Digər

Fav (ファヴ)
Səsləndirən: Kurumi Mamiya
Talisman personajdır.

Media

Ranobe

Ranobe seriyası Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılmışdır. Ranobenin ilk cildi Takarajimasha nəşriyyatı tərəfindən 8 iyun 2012-ci ildə Kono Light Novel ga Sugoi! Bunko imprinti altında nəşr olunmuşdur.[5] dekabrl 2016-cı ilə kimi 10 cildi buraxılmışdır.[6] Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.[7]

Cild siyahısı

BaşlıqYapon versiyasının nəşr tarixiİngilis versiyasının nəşr tarixi
1魔法少女育成計画6 iyun 2012[5]
ISBN 978-4-7966-8039-4
20 iyun 2017[8]
ISBN 978-0-3165-5857-0
2魔法少女育成計画 restart(前)9 noyabr 2012[9]
ISBN 978-4-8002-0182-9
14 noyabr 2017[10]
ISBN 978-0-3165-5991-1
3魔法少女育成計画 restart(後)10 dekabr 2012[11]ISBN 978-4-8002-0525-4
4魔法少女育成計画 episodes10 aprel 2013[12]ISBN 978-4-8002-0934-4
5魔法少女育成計画 limited(前)9 noyabr 2013[13]ISBN 978-4-8002-1849-0
6魔法少女育成計画 limited(後)9 dekabr 2013[14]ISBN 978-4-8002-1852-0
7魔法少女育成計画 JOKERS9 avqust 2014[15]ISBN 978-4-8002-3070-6
8魔法少女育成計画 ACES10 sentyabr 2015[16]ISBN 978-4-8002-4586-1
9魔法少女育成計画 episodesΦ9 aprel 2016[6]ISBN 978-4-8002-5443-6
10魔法少女育成計画 QUEENS10 dekabr 2016[17]ISBN 978-4-8002-6217-2

Manqa

Poçi Edoyanın rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" manqa jurnalında nəşr olunmuşdur. Manqanın iki tankobon cildi buraxılmışdır.[18][19] Nori Senbey tərəfindən hazırlanan "Magical Girl Raising Project: Restart" (魔法少女育成計画restart) adlı manqa adaptasiyası 2016-cı ilin iyunundan "Comp Ace" jurnalında nəşr olunur. İlk tankobon cildi 30 sentyabr 2016-cı ildə buraxılmışdır.[20] Ryota Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Magical Girl Raising Project F2P" (魔法少女育成計画 F2P) 29 avqust 2016-cı ildən Kono Light Novel wa Sugoi! WEB xidməti vasitəsilə onlayn şəkildə yayımlanır. Bu manqanın ilk cildi 22 oktyabr 2016-cı ildə buraxılacaq.[21]

Magical Girl Raising Project

Yapon nəşr tarixiYapon ISBN
1 26 iyun 2015[18]ISBN 978-4-04-103140-7
2 26 mart 2016[19]ISBN 978-4-04-103867-3

Magical Girl Raising Project: Restart

Yapon nəşr tarixiYapon ISBN
1 26 iyun 2015[20]ISBN 978-4-04-104791-0

Anime

Anime adaptasiyası 2015-ci ilin sentyabrında ranobenin 8-ci cildi vasitəsilə anons edilmişdir.[22] Lerche tərəfindən istehsal olunan anime serialı 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-cı ilə kimi AT-X kanalında, daha sonra Tokyo MX, BS11 kanalları və GyaO! video xidməti vasitəsilə yayımlanmışdır.[23] Crunchyroll tərəfindən Çin, Tayvan, Honkonq, Makao, Şimali və Cənubi Koreya istisna olmaqla, bütün dünyada nümayiş etdirilmişdir. Rejissoru Hiroyuki Haşimoto, ssenaristi Takao Yoşioka, personaj dizayneri Yukiko Akeydir.[23] .[24] Animenin seriyaları hərəsində 3 seriya olmaqla 4 BD/DVD cildində buraxılacaq.[25]

Anime serialının açılış mahnısı Manami Numakura tərəfindən ifa olunan "Sakebe" (叫べ, Shout) mahnısı,[26] bağlanış mahnısı isə Nano tərəfindən ifa olunan "Dreamcatcher" mahnısıdır.[2]

Seriya siyahısı

Başlıq Yayım tarixi İst.
1 "Arzu və sehr dünyasına xoş gəlmisiniz!"
"Yume to Mahō no Sekai e Yōkoso!" (夢と魔法の世界へようこそ!) 
1 oktyabr 2016[27]
2 "Sehrli şəkərləri topla!"
"Majikaru Kyandī o Atsumeyō!" (マジカルキャンディーを集めよう!) 
8 oktyabr 2016[28]
3 "Bildirişi yenilə!"
"Bājon Appu no Oshirase!" (バージョンアップのお知らせ!) 
15 oktyabr 2016[29]
4 "Daha çox dost əlavə et!"
"Furendo o Fuyasō!" (フレンドを増やそう!) 
22 oktyabr 2016[30]
5 "Yeni personaj!"
"Shin Kyara o Tsuikashimashita!" (新キャラを追加しました!) 
29 oktyabr 2016[31]
6 "Super nadir əşyalar əldə et!"
"Geki reāitemu o Getto shiyou!" (激レアアイテムをゲットしよう!) 
5 noyabr 2016[32]
7 "Dostluğunu yüksəlt!"
"Oyamitsudo o Ageru yō!" (親密度を上げるよう!) 
12 noyabr 2016[33]
8 "Görüşdə qəfil hadisə!"
"Gerira Ibento Hassei-chū!" (ゲリライベント発生中!) 
19 noyabr 2016[34]
9 "Yeni qaydaların elanı"
"Rūru Henkō no Oshirase" (ルール変更のお知らせ) 
26 noyabr 2016[35]
10 "Ani döyüş şansı!"
"Ran'nyū Batoru Kakuhen-chū!" (乱入バトル確変中!) 
3 dekabr 2016[36]
11 "Server təmirdədir"
"Sābā Mentenansu Chū desu" (サーバーメンテナンス中です) 
10 dekabr 2016[37]
12 "Fayl tapılmadı"
(File not found) 
17 dekabr 2016[38]

İstinadlar

  1. "Crunchyroll Announces Winter 2017 Anime Lineup". Crunchyroll. January 20, 2017. 2017-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  2. "Magical Girl Raising Project Anime Casts Yōko Hikasa, Inori Minase, More". Anime News Network. August 26, 2016. 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  3. "Magical Girl Raising Project Anime Reveals 4 New Cast Members in 4th Promo Video". Anime News Network. September 8, 2016. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  4. "Magical Girl Raising Project Anime Casts Saori Hayami, Yu Kobayashi, Yumiri Hanamori". Anime News Network. September 1, 2016. April 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2016.
  5. "魔法少女育成計画" (yaponca). Takarajimasha. 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  6. "魔法少女育成計画 episodesΦ" (yaponca). Takarajimasha. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  7. "Yen Press Licenses Sound! Euphonium, Magical Girl Raising Project Novels, Grimgar of Fantasy and Ash Manga". Anime News Network (ingiliscə). 23 noyabr 2016. 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2016. (#apostrophe_markup)
  8. "Magical Girl Raising Project, Vol. 1". Yen Press. 2017-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  9. "魔法少女育成計画 restart(前)" (yaponca). Takarajimasha. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  10. "Magical Girl Raising Project, Vol. 2". Yen Press. 2017-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2017.
  11. "魔法少女育成計画 restart(後)" (yaponca). Takarajimasha. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  12. "魔法少女育成計画 episodes" (yaponca). Takarajimasha. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  13. "魔法少女育成計画 limited(前)" (yaponca). Takarajimasha. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  14. "魔法少女育成計画 limited(後)" (yaponca). Takarajimasha. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  15. "魔法少女育成計画 JOKERS" (yaponca). Takarajimasha. 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  16. "魔法少女育成計画 ACES" (yaponca). Takarajimasha. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  17. "魔法少女育成計画 QUEENS" (yaponca). Takarajimasha. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2017.
  18. "魔法少女育成計画 (1)" (yaponca). Kadokawa Shoten. 18 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  19. "魔法少女育成計画 (2)" (yaponca). Kadokawa Shoten. 18 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  20. "魔法少女育成計画restart (1)" (yaponca). Kadokawa Shoten. 16 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
  21. "魔法少女育成計画 F2P". Kono Light Novel wa Sugoi! WEB (yaponca). 16 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
  22. "Mahō Shōjo Ikusei Keikaku Magical Girl Survival Novels Get Anime". Anime News Network. September 8, 2015. 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  23. "Magical Girl Raising Project TV Anime's Promo Video Previews Opening Song, October 1 Premiere". ANN (ingiliscə). 9 avqust 2016. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  24. "More Details on Crunchyroll's "Magical Girl Raising Project" Anime Simulcast". Crunchyroll (ingiliscə). 30 sentyabr 2016. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2016.
  25. "Blu-ray&DVD". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-03.
  26. "Magical Girl Raising Project TV Anime's Promo Reveals Cast, Theme Song, October Premiere". ANN (ingiliscə). 21 iyul 2016. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2016.
  27. "夢と魔法の世界へようこそ!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
  28. "マジカルキャンディーを集めよう!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  29. "バージョンアップのお知らせ!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
  30. "フレンドを増やそう!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  31. "新キャラ追加しました!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2016.
  32. "激レアアイテムをゲットしよう!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2016.
  33. "親密度を上げるよう!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2016.
  34. "ゲリライベント発生中!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2016.
  35. "ルール変更のお知らせ". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekanr 2016.
  36. "乱入バトル確変中!". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2016.
  37. "サーバーメンテナンス中です". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2016.
  38. "File not found". Magical Girls Raising Project (rəsmi sayt) (yaponca). 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2016.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.