Magic: The Gathering

Magic: The GatheringWizards of the Coast şirkətinin qurucusu bir riyaziyyat professoru olan Riçard Garfild tərəfindən 1993-ci ildə yaradılmış bir strategiya kart oyunu. Magic: The Gathering 2011-ci ildən etibarilə 12 milyon oyuncusu ilə gedərək böyüyən bir oyunçu tutumuna çatmışdır.

Oynanış

"Magic: The Gathering beş rəngi"

Oyunun məqsədi 20 xalla başlayan rəqib iki oyunçunun bir-birlərini müxtəlif kartlar və strategiyalar istifadə edərək 0 və ya altına endirməkdir. Rəqib də bu sırada öz üsullarıyla özünü müdafiə edə bilər və ya qarşı hücumlar edə bilər.

Oyunun bəzi təməl qaydaları:

- Bir dəstədə kart sayı ən az 60 olmalıdır və tez-tez hər kəs bu ədədi seçməyə üstünluk verər[1]. - Bir dəstəyə eyni adlı kartdan (Lend'ləri çıxmaqla) ən çox 4 dənə qoyula bilər. - Hər sıra sizə keçdiyində yalnız bir lend oynaya bilərsiz.

- Oyunda sıra sizdə olsa belə müəyyən bir sıralamanı izləmək məcburiyyətindəsiniz. bu mərhələlər:

  • Antep (əldəymə): Sehr eləmək üçün "tep" edilən Lend açılma mərhələsidir.
  • Apkip (saz halda saxlama): Daha əvvəl edilən böyük ödənməsi lazım olan can və ya manalarını ödəndiyi mərhələ.
  • Drau (çəkmək): Kitabxanadan kart çəkilir.
  • Meyn feyz1 (əsas mərhələ 1): Bu mərhələdə lend oynaya bilər və hər cadunu edə bilərsiniz.
  • Kombat feyz (döyüş mərhələsi): Bu mərhələdə də qarşıya hücum edə bilərsiniz.
  • Meyn feyz2 (əsas mərhələ2): Bu tur əgər bir əvvəlki meyn feyzdə lend oynamadınızsa lend oynaya bilər və bütün sehrlərinizi eləyə bilərsiniz.
  • End feyz (son mərhələ): Oyun sırasını rəqibə verdiyiniz mərhələdir.

Bir kart açmaq üçün (Lend'lərdən başqa) o kartın mana qiyməti ödənilməlidir. Kart nə qədər güclüdürsə, qiymətidə o qədər böyükdür. Oyunda 6 fərqli kart növü mövcuddur. bunlar, lend (torpaq parçası), kriyçur (məxluq), instınt (ani), sorseri (sehr), ençentment (tilsim) və artifəkt (obyekt)dir. Hər kart növünün xüsusiyyətləri fərqlidir.

Sehrin Rəngləri

Bütün sehr kartları təməl olaraq 5 rənglə və / və ya rəngsiz kağızlarla təyin olunurlar:

  • Qara - Ölümü və qaranlığı təmsil edir. Cinə bəznər və qaranlıq varlıqların güclü olduğu bir dəstədir, ancaq bu gücləri ilə sahiblərinə də çox zaman, zərər verirlər.[2]
  • Qırmızı - Kaosu və döyüşü təmsil edir[3]. Təcavüzkar bir rəngdir, varlıqları sürətlidir və təsirlidir.[4]
  • Yaşıl - Təbiəti və həyatı təmsil edir. Məxluq mövzusunda mütəxəssis olan rəngdir. Mana əldə edə bilmək üçün çox asandır. Mövcud olan varlıqları hər zaman gücləndirmə imkanınız vardır.[4]
  • Mavi - Müdrikliyi və düşleri təmsil edir. Sehr mövzusunda mütəxəssis kartlardır. Rəqibin hücumlarını sehrlərlə məhdudlaşdıra və daha çox kart sahibi ola bilərsiniz.[4]
  • - Seçimi və qorumağı təmsil edir. bu sehrlər daha çox sahibinə güc qazandırır. Öz məxluqlərının müdafiəsi güclüdür. Ümumi olaraq sahiblərini və ya başqa varlıqları qorumağa çalışır.[4]

Bir dəstə yaratmaqda birdən çox rəng istifadə etməqlə, fərqli rənglərin üstünlüklərindən istifadə edilə bilər.

  • Lend: Oyundakı manaların əldə edildiyi kartlardır. bu kartlar oyunda ki non-spell (sehrli olmayan) və rəngsiz kartlar. Dəstə qurulan oyun strategiyasına görə istənildiyi qədər koyulabilir. Lend digər kartlardan fərqli olaraq hər turda yalnız bir dənə çıxartıla bilər. Tepləndiyi (bağlanıldığı zaman) Svamp (Bataqlıq) qara, Mountın (Dağ) qırmızı, Forest (Meşə) yaşıl; Aylend (Ada) mavi və Pleyn (Düzlük) ağ mana qazanarsınız. Məhv edilənə qədər oyunda qalar. Yox etmə sehrinə qarşı bir mətn yoxsa kart məhv edildikdən sonra Greyvyard (Qəbiristanlıq) qisiminə keçər.
  • Kriyçur : Kriyçur (Məxluq) kartları isə oyundakı hücum və sizə gələn hücumları qarşı müdafiə edən kartlardır. Sizin ordunuzu təmsil edir. Hər Kriyçur (Məxluq) kartının sağ alt küncündə bir müdafiə bir də hücum gücü mövcuddur. Əgər varlıq döyüş əsnasında və ya qarşı tərəfin etdiyi dəmec (zərər) sehrləri tərəfindən müdafiə gücündən daha yüksək bir zərər alsa oyundakı Greyvyard (Qəbiristanlıq) qisiminə keçər.
    Rəsmi olaraq sanksiya tətbiq olunan Magic: The Gathering turnirləri hər yaşdan iştirakçını cəlb edir və dünyanın çox şəhərlərində keçirilir. Məsələn bu şəkil, 2009-cu ildə Hollandiyanın Rotterdam şəhərində keçirilən Grand Prix'ə aiddir.
  • Instınt: Instınt (Ani) bu sehr oyuna sıra istər rəqibdə istərsə də sizdə olsun, istənildiyi anda oyuna girə bilər. bu sehrlər birbaşa qarşıdakı oyunçuya zərər verə bilər. Bu kartlar bütün məxluqlarınızı gücləndirə və ya onlara döyüşdə üstünlük qazandıracaq xüsusiyyətlər verə bilər hətta rəqib bir sehr edərkən başdan maneə törədə, bunun kimi kiçik amma təsirli bir çox sehr edə bilərsiniz. Bu cadu kartları oynandıqdan sonra birbaşa olaraq Greyvyard (Qəbiristanlıq) 'a geri qayıdarlar.
  • Sorseri: Sorseri (sehr) kartlarında eyni Instıntlar (Ani) kimi anlıq sehrlərdir. Bu kartları ancaq öz sıranızda istifadə edə bilərsiniz. Bu kartlar Instıntlara (ani) nəzərən ümumiyyətlə daha təsirli kartlardır. Bu kartlar da oynandıqdan sonra Greyvyarda (qəbiristanlıq) geri qayıdarlar.
  • Ençentment : Ençentment (tilsim) kartları sahib olduqları xüsusiyyətə görə oyun içində olan hər hansı bir kartda, hətta başqa bir ençentmenta taxıla bildiyi kimi oyunçu özünə də taxa bilər. Məhv edilənə qədər oyun içində qalaraq sizə qəribə hallarda hətta oyunun qaydalarını belə dəyişdirərək üstünlük qazandıra bilər.
  • Artifəkt : Artifəkt (obyekt) kartları oyundakı rəngsiz kartlardır. Bu kartlar bəzən bir Kriyçur (məxluq) bəzəndə Ençentment (tilsim) kimi oyunun qaydalarını dəyişdirə bilərlər. Mana Koustları digər kartlara nisbətən daha çoxdur. Məhv edilənə qədər oyunda qalırlar.

Oyun sahəsi olaraq, Laybreri (kitabxana), Greyvyarda (qəbiristanlıq) və oyun sahəsi olaraq 3 sahə tapılar. Laybreri (kitabxana), dəstənizi işarəliyər, kartları burdan çəkirsiniz. Greyvyarda (qəbiristanlıq) isə istifadə etdiyiniz sehrləri və ya məhv edilmiş kartlarınızın toplandığı sahəni təmsil edir.

Mükafatlar

Rəsmi olaraq sanksiya tətbiq olunan Magic: The Gathering turnirləri hər yaşdan iştirakçını cəlb edir və dünyanın çox şəhərlərində keçirilir. Məsələn bu şəkildə, Naqoya, Yaponiyadakı professional turnirə qatılmaq üçün Almaniya, Rostokda yarışan oyunçular göstərilmişdir.
  • 1994: "Mensa Seçki Mükafatı" sahibi.[5]
  • 1993: 1993-ün Ən Yaxşı Fantaziya və ya Elmi Fantastika stolüstü oyunu üçün "Origins Mükafatları" və 1993-cü ildə qurulan bir stolüstü oyununun Ən Yaxşı Qrafik Təqdimatı.[6]
  • 1994: Ən Yaxşı Oyun Aksesuarı Olan Legends genişlənməsi üçün Origins Mükafatı.[5]
  • 1995: "Deutscher Spiele Preis", yeni oyun mexanikası üçün xüsusi mükafat.[7]
  • 1995: "İtalyan Oyun Birliyi Gioco dell'Anno" mükafatı.[5]
  • 1996: Ən Yaxşı Yeni Oyun Anlayışı və Fransada Tanıdılan Növ üçün "Super As d'Or" mükafatı.[5]
  • 1997: Vedrlayt genişlənməsi üçün ən yaxşı CCG genişlənməsi üçün "InQuest Fan" mükafatı.[5]
  • 1998: İlin Toplamabilən Kart Oyunu Genişləməsi olaraq "Urza's Saga" genişlənməsi üçün "Origins" Mükafatı.[8]
  • 1999: "Origins Hall of Fame"'ə Riçard Garfild ilə birlikdə girdi.[8]
  • 2003: "Games Magazine" Sehr'i Şərəf Siyahısı'na seçdi.[9]
  • 2005: "Ravnika: Gildiyalar Şəhəri" genişləməsi üçün "Origins" Mükafatı: İlin Toplanabilən Kart Oyunu Genişləməsi mükafatı.[10]
  • 2009: İlin Toplanabilən Kart Oyunu Genişləməsi "Alaranın Qırıqları" genişləməsinə görə mükafat.[11]
  • 2012: İlin Toplanabilən Kart Oyunu Genişləməsi Innistrad genişlənməsi üçün "Origins" mükafatı.[12]
  • 2015: İlin Ən Yaxşı Toplabilən Kart Oyunu Tarkir genişləndirilməsi üçün "Origins" mükafatı.[13]

Buna əlavə olaraq Riçard Garfild və Donato Qiyankola da daxil olmaq üzrə bir çox adam Sehr'ə verdikləri töhfələrə görə fərdi mükafatlar qazandı.[5]

Məhsul və marketinq

Film

2014-cü ilin yanvar ayında Universal Pictures'ın filmi siyahıdan çıxartdığı iddia edildiyindən sonra 20th Century Fox Magic: The Gathering filmini çəkmək için haqları qazandı. 20th Century Fox-un çəkəcək filmdə, Saymon Kinqberq produsser olacaqdı. TSG Entertainment, Hasbro və Allspark Pictures ilə birliktə maliyyələştirildi. Universal Pictures və Hasbro orijinal Magic: The Gathering filmini 2009-cu ildən bəri inkişaf etdirirdi.

Magic: The Gathering oyununun oyunçuları

2016-cı ilin Aprel ayında Döyüş Meydanına Girin, Sehr Professional Tur-dakı həyat haqqında bir sənədli nəşr olundu. Bu sənədli film Greg Kollins, Naytan Holt və Şaun Kornhauzer tərəfindən yazılmışdır.

Parodiyaları

1998-ci ildə PGI Limited, Magic: The Gathering-in bir parodiyası olan Hevik: Bezdirici-ni yaratdı. Wizards of the Coast, Magic: The Gathering-in haqlarına sahib idi, oyunun paylanmasına maneə törətmək üçün aktiv addımlar atdı və PGI Limited'in 1998-ci ilin İyul ayında GenCon'da iştirakına icazə vermədi. Müəlliflik hüququ və Riçard Garfild'ın patentini pozmaqdan qaçmaq məqsədiylə, Hevik: Bezdirici-nin hər bir başlanğıc kart dəstəsinin arxa üzündə, "Bu Bir Parodiyadır" yazılmış və qayda kartının alt hissəsində "Hər oyuncağa sahib olma: araşdırma və qiymətləndirmə yolu ilə öz oyun kitabxanasını qurma" "Oyun komponentlərinin [a] oyun rezervuarından seçilməsi və ya Garfild üçün ABŞ Patent No. 5,662,332'nin pozulması mənasına gələ bilər."

İstinadlar

  1. "Magic: The Gathering Comprehensive Rules" Arxivləşdirilib 2019-11-30 at the Wayback Machine (PDF). The DCI. July 11, 2009. p. 5. Retrieved May 4, 2010.
  2. "Card of the Day — July, 2006" Arxivləşdirilib 2008-05-07 at the Wayback MachineWizards of the Coast. İyul 27, 2006. 2006-cı il sentyabrın 30-da alındı. Black removal spells like Terror or Dark Banishing that could take out large-sized creatures historically had the drawback of not being able to affect other black creatures, and sometimes not artifact creatures either. Since then this drawback has been tweaked in many ways that no longer limit the cards to just non-black or non-artifact.
  3. Bredi Dommermuf (2006-cı il fevralın 1-i). "Ask Wizards" Arxivləşdirilib 2008-05-07 at the Wayback MachineWizards of the Coast. Alındı 2006-cı ilin Sentyabrın 26-sı. The particular issue of red's connection to earth and stone has another aspect as well, though. Red has and will continue to have earth/stone-themed cards. But green wants to be connected to earth as well, in the soil sense. So red gives up a few of its 'earth' cards for green's sake.[citation needed]
  4. A series of articles written by "Mark Rozvater" describing each color in depth (as well as multicolor cards, artifact or colorless cards, and color-hybrid cards) can be found at the game's official site at MagicTheGathering.com Arxivləşdirilib 2009-01-06 at the Wayback MachineThe Great White Way Arxivləşdirilib 2008-04-27 at the Wayback MachineTrue Blue Arxivləşdirilib 2008-04-22 at the Wayback MachineIn the Black Arxivləşdirilib 2008-04-27 at the Wayback MachineSeeing Red Arxivləşdirilib 2008-04-27 at the Wayback MachineIt's Not Easy Being Green Arxivləşdirilib 2008-04-27 at the Wayback MachineJust the Artifacts, Ma'am Arxivləşdirilib 2008-05-04 at the Wayback Machine, and Midas Touch Arxivləşdirilib 2008-05-04 at the Wayback Machine.
  5. "Awards" Arxivləşdirilib 2007-12-13 at the Wayback MachineWizards of the Coast. 2006. Alındı 5 Avqust, 2009.
  6. "Origins Award Winners (1993)". Academy of Adventure Gaming Arts & Design. Archived from the original on May 7, 2008. Alındı 18 Aprel, 2009.
  7. "Preisträger" Arxivləşdirilib 2010-10-09 at the Wayback Machine (Almanca). Friedhelm Merz Verlag. Alındı 26 Mart, 2012.
  8. "Origins Award Winners (1998)". Academy of Adventure Gaming Arts & Design. Archived from the original on October 31, 2007. Alındı 1 Noyabr, 2007.
  9. "GAMES Hall of Fame" Arxivləşdirilib 2010-04-17 at the Wayback MachineGAMES Magazine. Alındı 9 Aprel, 2010.
  10. "Origins Award Winners (2005)". Academy of Adventure Gaming Arts & Design. Archived from the original on May 16, 2008. Alındı 26 Mart, 2012.
  11. Çalker, Dayv. "Origins Awards 2009" Arxivləşdirilib 2009-06-29 at the Wayback Machine. critical-hits.com. Alındı 14 İyun , 2010.
  12. "The 38th Annual Origins Awards Winners". The Game Manufacturers Association. Archived from the original on January 27, 2013. Alındı 10 Fevral, 2016.
  13. "Origins Award Winners 2015" Arxivləşdirilib 2016-02-21 at the Wayback Machine. The Academy of Adventure Gaming Arts & Design. 2015. Alındı 10 fevral 2016.

Xarici Keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.