Madura boğazı

Madura boğazı (ind. Selat Madura) - Malay arxipelaqına daxil olan Yava adasını Madura adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Yava dənizi ilə birləşdirir. Qərbdə və qədim İndoneziya mənbələrində Surabay boğazı adlandırılrdı.

Madura boğazı
ind. Selat Madura
Suramadu körpüsü
Suramadu körpüsü
Ümumi məlumatlar
Eni minimum 4,9 km
Uzunluğu 60-70 km
Yerləşməsi
7°06′55″ c. e. 112°39′33″ ş. u.
Ölkə  İndoneziya
Akvatoriyası
Ayırır Madura adasını Yava adasından
Madura boğazı xəritədə
Madura boğazı
Madura boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Ən dar yeri 4,9 km (Madura rayonunun cənub-qərbində). Boğaz daxilində bir neçə kiçik adalar vardır (Kambinq, Qetenq, Ketapoenq, Qiliraya, Qilitimur).

Təbiəti

Boğazın suyu Bali və Yava dənizinin suyuna nisbətən duzluluğu azdır. Əsas səbəb isə boğaza tökülən Brontas çayıdır. Bu çay təkcə boğazın suyuna deyil, həmdə onun dibinə tonlarla çöküntü gətirir. Sularında 78 bioloji növ yaşayır. Bunlardan 26-sı balıq növüdür. Ekoloji vəziyyət nisbətən gərgindir. Səbəb isə Brantas çayı sahilində fəaliyyət göstərən müəssisələrdir.

Nəqliyyat əhəmiyyəti

Burada nəqliyyat aktivdir ancaq dərinliyinin 10 m təşil etməsi iri tonnajlı gəmilərin üzməsinə mane olur. Boğaz üzərində 2009-cu ildə Suramadu körpüsü tikilmişdir. Körpünün uzunluğu 5438 m təşkil edir. Boğazdan gəmilərin fəal üzməsini təmin etmək məqsədilə körpünün hündürlüyü 35 m götürülmüşdür.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.