Madison
Madison[9][10] (ing. Madison) — ABŞ-də şəhər, Viskonsin ştatının inzibati mərkəzi. Əhalisi 258,054 nəfərdir (2018), Viskonsin ştatının Milvaukidən sonra ikinci, ABŞ-də isə 81-ci ən böyük şəhəridir. Şəhərətrafı ərazilərdə əhalinin sayı 654 min nəfərdən çoxdur.
Madison | |||
---|---|---|---|
Madison | |||
|
|||
43°04′29″ şm. e. 89°23′03″ q. u. | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1836[2][3] | ||
Sahəsi | |||
Mərkəzin hündürlüyü | 266 m, 873 ± 1 Fut[1] | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi | |||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +1 608 | ||
Poçt indeksi | 53701–53794, 53701, 53705, 53707, 53712, 53716, 53719, 53720, 53722, 53726, 53728, 53730, 53734, 53737, 53739, 53740, 53743, 53746, 53748, 53750, 53756, 53761, 53764, 53766, 53768, 53771, 53774, 53778, 53780, 53783, 53787, 53790, 53793 | ||
Digər | |||
cityofmadison.com | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Madison ilk dəfə 1836-cı ildə keçmiş federal hakim Ceyms Doti yeni bir şəhər qurmaq niyyətində olan Mendota və Monona gölləri arasındakı bərzəxdə təxminən 1000 akr (4 km²) bataqlıq və meşəlik alanda xatırlandı. O, Viskonsin ərazisinin paytaxtını Belmontdan ABŞ-nin dördüncü prezidenti Ceyms Medisonun adına yeni şəhərə köçürmək üçün güclü lobbiçilik etdi. Noyabrın 28-də şəhərin yalnız kağız üzərində mövcud olmasına baxmayaraq, Madison əlverişli coğrafi mövqeyi sayəsində Viskonsinin paytaxtı oldu. 1837-ci ildə Viskonsin Kapitolunda tikinti başladı. Qanunverici orqanın ilk iclası 1838-ci ildə baş tutdu. 1846-cı ildə Madison yalnız 626 nəfərdən ibarət bir qəsəbə idi. 1848-ci ildə Viskonsin ştata çevrildikdə, Madison onun paytaxtı oldu və Viskonsin-Medison Universitetinin əsası qoyuldu. 1854-cü ildə Madisonu Miluauki ilə birləşdirən bir dəmir yolu inşa edildi. 1856-cı ildə Madison 6863 nəfər əhalisi olan bir şəhər statusu aldı. 1869-cu ildə ikinci kapitol tikildi, 1904-cü ildə baş vermiş yanğın nəticəsində ciddi ziyan gördü. 1906-cı ildə yeni kapitol binasının tikintisinə başlanılmış və 1917-ci ildə tamamlanmışdır.[11]
Əhalisi
2018-ci il iyulun 1-nə əhalinin sayı 258 054 nəfər olub.
2011-ci ildən:
- ağlar - 78,9%
- afroamerikalılar - 7,3%
- asiyalılar - 7,4%
- ispanlar (bütün irqlər) - 6,8%
Adambaşına düşən orta illik gəlir 2000-ci ildə 23,498 dollar təşkil etmişdir. Əhalinin orta yaşı 30,9-dur. Cinayət nisbəti ABŞ-dəki orta göstəricidən bir qədər aşağıdır.
Siyasi baxımdan, Madison XX əsrin ortalarından bəri Demokratlar Partiyasının qalası olmuşdur.
İstinadlar
- Geographic Names Information System (ing.).
- How Madison Became a City. Wisconsin Historical Society.
- Getty Research Institute Getty Thesaurus of Geographic Names (ing.). LA: Getty Research Institute, 1997.
- United States. Bureau of the Census 2016 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2016.
- United States Census 2010.
- Gazetteer Files – 2020. ABŞ əhalinin siyahıya alınması bürosu.
- Explore Census Data – Madison city, Wisconsin. ABŞ əhalinin siyahıya alınması bürosu.
- 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
- Соединенные Штаты Америки // Атлас мира / сост. и подгот. к изд. ПКО «Картография» в 2009 г. ; гл. ред. Г. В. Поздняк. — М. : ПКО «Картография» : Оникс, 2010. — С. 168—169.
- Ма́дисон Arxivləşdirilib 2022-12-18 at the Wayback Machine // Словарь географических названий зарубежных стран / Отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М. : Недра, 1986. — С. 210.
- "Capitol History" (HTML). tours.wisconsin.gov. 2015-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-30.