Madeyra çayı
Мadeyra — Cənubi Amerika ərazisindən axan, Amazon çayının iri qollarından biri.
Madeyra çayı | |
---|---|
isp. Rio_Madeira; port. Madeira | |
Ölkələr | |
Şəhər |
|
Mənbəyi | Mamore çayı, Beni çayı |
• Yüksəkliyi | 119 m |
Mənsəbi | Amazon çayı |
Uzunluğu | 3230 km |
Su sərfi | 31.200 m³/s[1] |
Su hövzəsi | Atlantik okeanı |
Hövzəsinin sahəsi | 1158000 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çay Mamore çayı və Beni çayının birləşməsindən əmələ gələrək Boliviya və Braziliya sərhəddindən başlayaraq axır. Ümumilikdə 100 km məsafədə sərhədi təşkil edir. Sonradan şimal-şərqdən Braziliyanın Rondoniya və Amazonas ştatları ərazisinə axır. Çayın uzunluğu 3230 km, hövzəsinin sahəsi 1158 min km² təşkil edir.
Mövsümdən asılı olaraq 12 m dərinliyə malik ola bilər. Bolsulu olduğu dövr oktyabrdan mayda qədərdir. Çayın adı madeira sözü portuqalcadan tərcümədə ağac mənasını verir. Belə ki, çay Amazon cəngəlliklərindən axır.
Gəmiçilik limanları: Portu-Velyu. Çay kənarında yerləşən şəhərlər: Portu-Velyu, Umayta, Manikore.
Madeyra çayında Amazon delfini yayılmışdır.
2007-ci ilin iyulunda Braziliya hökuməti Madeyra çayı üzərində iki SES (Santu-Antoniu və Jirau) tipintisinin planlaşdırdığını elan etmişdir[2].
İstinadlar
- https://www.portalbrasil.net/brasil_hidrografia.htm.
- "Braziliya Madeyra üzərində SES tikir". 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-05.