Maddə
Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq , fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir.[1] Maddədən cisimlər əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranmışlar. Onları xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardı.
Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur.
Maddələrin xassəsi
Maddələr tərkibi, quruluşu və xassələrinə görə bir-birindən fərqlənirlər. Müxtəlif maddələri fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlərə maddələrin xassəsi deyilir.
Maddələr iki cəhətdən xarakterizə olunur — fiziki və kimyəvi. Maddənin aqreqat halı, rəngi, iyi, dadı, sıxlığı, istiliyi və elektriki keçirmə qabiliyyəti, ərimə və qaynama temperaturu və s. onun fiziki xassələrini, maddənin çevrilməsi, yaxud başqa maddələrlə reaksiyaya daxil olması isə kimyəvi xassələrini müəyyən edir.
Maddənin özəllikləri
Maddələri bir çox özəlliklərinə görə bölüşdürülür.
Məsələn:
1. Aqreqat halına görə . Maddələrin 4 aqreqat halı var: qatı(bərk), suyuq(maye), buğ(qaz), plazma.
a)Qatı maddələri oluşduran molekullar çox sıx yerləşdiyinə üçün qatı halda olan maddələrin biçimləri də, tutumları da dəyişməzdir. Qızıl, gümüş, dəmir, alüminium, nikel, almaz, qalay, mis və s qatı maddələrdir.
b)Suyuqları oluşduran molekullar isə dağınıq yerləşiblər. Ona görə də suyuqlar yerləşdikləri ortamın biçimini alırlar. Ancaq onların tutumu dəyişməzdir. Su, brom, aseton, civə, sirkə, spirt və s suyuqlara örnəkdir.
c)Buğları oluşduran molekulların arasındakı aralıqlar özlərindən qat-qat böyükdür. Onlar düzənsiz qımıldayırlar. Hidrogen, oksigen, helium,azot, ozon, karbon və s buğ halında olan maddələrdir.
2. Arı(saf) maddələr və qarışıqlar Maddələr içindəkilərə görə 2 yerə bölünürlər:
- a)Arı(saf) maddələr-dəyişməz fiziki özəllikləri olan maddələrə arı maddələr deyilir. Qızıl, gümüş, mis, qrafit, soda, almaz, xörək duzu, azot, karbon, oksigen və s arı(saf) maddələrdir.
- b)Qarışıqlar-2 və daha artıq arı maddənin birləşməsindən yaranan sistemlərə qarışıqlar deyilir.
Su, neft, spirt, qum, hava, mərmər, təbaşir, tunc, bürünc və s qarışıqlardır.
3. Bəsit və mürəkkəb maddələr.
- a)Bəsit maddə — eyni element atomlarından ibarət olan maddələrə deyilir. Azot, oksigen, hidrogen, karbon, fosfor, almaz, qalay, kükürd, qızıl, nikel, qrafit, gümüş, civə və s bəsit maddələrdir. Hər hansı bir kimyəvi elementin bir və ya bir neçə bəsit maddə əmələ gətirməsi allotropiya, əmələ gələn maddələr isə allotropik şəkildəyişmələr adlanır. Ona görə də bəsit maddələrin sayı kimyəvi elementlərin sayından çoxdur.
- b)Mürəkkəb maddə — bir neçə element atomlarından ibarətdir. Su, xörək duzu, aseton, spirt, şəkər, yağ və s bunlara aiddir. Bütün üzvi maddələr mürəkkəb maddələrdir.
Mürəkkəb maddələrə başqa sözlə kimyəvi birləşmələr deyilir.
Maddənin aqreqat halları
Maddənin 4 aqreqat halı var: qatı(bərk), suyuq(maye), buğ(qaz) və plazma. Bütün maddələrdə molekullar var. Molekullar atomların birləşməsindən yaranıblar. Atom və molekullar daim hərəkət edirlər və molekullar arasında itələmə, cəzbetmə qarşılıqlı təsirləri mövcuddur.
- Qatı. Qatı maddələri oluşduran molekullar düzənli düzülüşə yiyədirlər. Onlar bir-birlərindən uzaqlaşa bilmirlər. Ona görə də qatı cisimlər biçim və tutumlarını saxlaya bilirlər. Həm də onlarda diffuziya həddən artıq yavaş gedir. Qatı maddələrin sıxma dərəcəsi 90°dir. Qızıl, gümüş, qrafit, mis, sink, almaz, qalay, nikel və s. Qatı maddələrdir.
- Suyuq. Suyuqlarım özəl bir biçimləri yoxdur. Onlar yerləşdiyi mühitin biçimini alırlar. Ancaq bunun da bir səbəbi var: suyuqların molekulları yerlərini sərbəst dəyişirlər. Ona görə də suyuqlarda biçim dəyişkən, tutum isə dəyişməzdir. Suyuqun sıxma dərəcəsi 70–80°-dir. Su, kerosin, spirt, civə, sirkə və s. Suyuqlarda diffuziya asanlıqla gedir.
- Buğ. Buğları oluşduran molekullar düzənsiz qımıldayırlar. Buğlar yerləşdiyi ortamda tutumlarını saxlaya bilmirlər. Ümumiyyətlə, bu maddələrdə nə biçim, nə də tutum dəyişməz deyil. Hidrogen, oksigen, karbon, azot və s.bu halda olan maddələrdir.
- Plazma. Plazma ionlaşmış maddədir. Günəş, alov və ulduzlar plazmadır. Ən az yayılan maddə halıdır.
İstinadlar
- Abbasov, Vaqif; Məhərrəmov, Abel. Ümumi kimyanın əsasları. Bakı: Azərbaycan Ensiklopediyası NPB. 2000. səh. səh. 6. ISBN 5-9600-275. (#accessdate_missing_url)