Madaqaskar (ada)
Madaqaskar adası (malaq. Madagasikara) — Hind okeanında yerləşən, Afrikanın ən böyük adası. Ada Afrika materikindən Mozambik boğazı ilə ayrılır. Dünyanın sahəsimnə görə dördüncü ən böyük adasıdır. İqlimi tropikdir. Cənub hissəsində az bir sahədə subtropik iqlim hakimdir. Adanın uzunluğu 1600 km, eni isə 600 km-dən çoxdur. Sahəsi 587 040 km²-dir. Ada bütünlüklə eyni adlı bir dövlətə aiddir. Madaqaskarın paytaxtı Antananarivu şəhəridir. Adanın ən hündür nöqtəsi sönmüş Marumukutru vulkanıdır. Hündürlüyü 2876 metrdir. Zirvə Saratanana silsiləsində yerləşir. Adanın şimalındadır. Ancafi platosu isə adanın mərkəzi hissəsini əıhatə edir. Ada şərqə doğru alçalır. Burada olan 5 zirvənin hündürlüyü 2600 keçir. Ada ərazisində dəmir, mis, qızıl kimi zəngin sərvətlər vardır. Düzənlikləri bataqlıqlaşmışdır. Afrikadan bir qədər aralıda yerləşməsinə baxmayaraq zəngin bitki və heyvanlar aləminə sahibdir. Dünya canlılar aləəminin 5 % adada görmək olar. Bu canlılar aləminin 80 % endemikdir. Bunlar arasında ən tanınmışları lemurlardır. Zəngin endemik növ çeşidliyinə görə Madaqaskarı kiçik materik adlandırırlar. Şimal nöqtəsi — De Ambre burnu (11 °C. e və 49° ş. u), cənub nöqtəsi — Vohimena burnu (35 °C. e və 45° ş. u), qərb nöqtəsi — Mannonka burnu (22 °C. e və 43° ş. u) və şərq nöqtəsi — İst burnu (15 °C. e və 50° ş. u).
Madaqaskar adası | |
---|---|
malaq. Madagasikara | |
Ümumi məlumatlar | |
Sahəsi | 587041 km² |
Hündür nöqtəsi | 2961 m |
Əhalisi | 20.042.552 nəfər (2008-ci il) |
Yerləşməsi | |
19°20′ c. e. 47°04′ ş. u. | |
Ölkə | Madaqaskar |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mənbə
- Madagascar — Encyclopædia Britannica
- Madagascar Arxivləşdirilib 2011-08-17 at the Wayback Machine