Suqovuşan (Ağdərə)

Suqovuşan (əvvəlki adı: Madagiz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd.[1]

Suqovuşan
40°19′33″ şm. e. 46°45′00″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 434 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 404 nəf. (2005)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 14
Suqovuşan xəritədə
Suqovuşan
Suqovuşan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Milli Məclisinin 6 oktyabr 2020-ci il tarixli, 173-VIQ saylı Qərarı ilə Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılmışdır.[2] Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Talış kəndi ilə bərabər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.[3]

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]

Coğrafiyası

Bölgə əsasən dərin yarğanlarla kəsilmiş yüksək, seyrək meşəlik çəmənliklərdən ibarətdir. Qəsəbə ərazisindən Tərtər çayı axır. Bölgədə əhəngdaşı ehtiyatları mövcuddur.

Tarixi

Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə daxil edildi. 1943-cü ildə Suqovuşana şəhər tipli qəsəbə statusu verilmişdi.[5] 1949-cu ildə burada mebel fabriki və əhəng istehsalı sexi olan sənaye kompleksi yerləşirdi. 1953-cü ildə qəsəbədə orta məktəb açıldı.[6] 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonuKəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Suqovuşan ilk dəfə 1992-ci ilin iyun-iyul aylarında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edib.

1992-ci ilin sentyabr ayında Qarabağda formalaşdırılan beşinci müdafiə rayonu hərbi hissəsi Qarabağ döyüşlərində bir çox təxribatçı əməliyyatlarda iştirak edib və azad edilənədək işğalçı Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Hərbi hissənin nömrəsi 49971 idi. 5-ci müdafiə rayonu, dağatıcı alay, 49971 nömrəli hərbi hissə olaraq, 10-cu dağatıcı diviziyanın tərkibinə daxil idi. Ehtimal edilir ki, hərbi hissə Ağdərəyə yaxın ərazilərdən Madagiz yaşayış məntəqəsi hüdudlarınadək döyüş növbətçiliyinə cəlb olunurdu. Bura aprel döyüşlərində Azərbaycan ordusunun əsas hədəflərindən biri olub.[7] Bundan başqa erməni ordusunun 6-cı müdafiə rayonu kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Madagizdə yerləşirdi.[8]

Azərbaycan kütləvi informasiya vasitələrində 2016-cı il aprelin 4-dən 5-nə keçən gecə baş verən ağır döyüşlərdən sonra Suqovuşan kəndinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi xəbəri yayılsa da, bu barədə Azərbaycan Respublikası Müdafə Nazirliyi tərəfindən heç bir açıqlama verilməmiş, erməni tərəfi isə xəbərin dezinformasiya olduğunu bildirmişdir.

3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3] Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır.[9]

Əhalisi

2016-cı ilin aprel ayına qədər bu yaşayış məntəqəsində 500 nəfərə qədər erməni yaşayırdı.

Milli tərkibi
Siyahıyaalma ili
1959[10]
1970[11]
Ermənilər 418
(88,7 %)
236
(87,1 %)
Azərbaycanlılar 30
(6,4 %)
30
(11,1 %)
Ruslar 14
(3,0 %)
2
(0,7 %)
Digərləri 9
(1,9 %)
3
(1,1 %)
Cəmi 471 (100 %) 271 (100 %)

Tarixi abidələr

Müqəddəs Yelisey monastırının zəng qülləsi və əsas girişi

Suqovuşan kəndi ərazisində üç tarix-memarlıq abidəsi qeydiyyata alınmışdır:

İnfrastruktur

Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 və Suqovuşan-2 su elektrik stansiyaları yerləşir. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. Aprel döyüşləri zamanı elektrik stansiyası və balıqartırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa ediliblər. 2022–23-cü illərdə Suqovşandan başqa ölkələrə balıq və qara kürü ixracının başlanması planlaşdırılmışdı.[12]

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında haqqında Azərbaycan Respublikası Milli Məclisinin 6 oktyabr 2020-ci il tarixli, 173-VIQ saylı Qərarı". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-15.
  3. Ayna.az. "Azərbaycan Prezidenti elan etdi: Madagiz işğaldan azad olunub" (az.). Ayna.az. 03.10.2020. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-03.
  4. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  5. Melnikov S. A., İbrahimov Ç. H. (сост.). Azərbaycan SSR inzibati ərazi bölgüsü Arxivləşdirilib 2018-11-27 at the Wayback Machine. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1979.
  6. "Madagiz", Böyük Sovet Ensiklopediyası, 1949.
  7. "Düşmənin Qarabağdakı canlı qəssabxanası — 49971 nömrəli hərbi hissə (FAKTLAR)". 2019-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-16.
  8. "Düşmənin Madagizdə yerləşən hərbi hissəsinin komandiri kimdir? — ARAŞDIRMA (FOTOLAR)". 2019-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-16.
  9. Teleqraf.com. "Prezident Madagizin tarixi adını bərpa etdi" (az.). Teleqraf.com. 03.10.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
  10. "Этнокавказ. 1959-cu il siyahıyaalınmasına görə Mardakert rayonu əhalisinin etnik tərkibi". 2020-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
  11. "Этнокавказ. 1970-ci il siyahıyaalınmasına görə Mardakert rayonu əhalisinin etnik tərkibi". 2020-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
  12. "Matagisdən qara kürü". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.