Machine Head

Machine Head1991-ci ildə Adam Dyus və Robb Flinn tərəfindən qurulmuş ABŞ musiqi qrupu.

Machine Head
Robb Flinn və Fil Demmel
Robb Flinn və Fil Demmel
Əsas məlumatlar
Üslub qruv-metal
treş-metal
NWoAHM
nyu-metal (1999—2001)
Fəaliyyət illəri 1991—h.h.
Ölkə ABŞ ABŞ
Şəhər Oklend
Dil ingiliscə
Leybl Roadrunner Records
Nuclear Blast
Heyət Robb Flinn
Deyv MakKleyn
Fil Demmel
Cared Makİçern
Keçmiş üzvlər Loqan Meyder
Toni Kostanza
Kris Kontos
Volter Rayan
Aru Laster
Adam Dyus
Digər layihələr Vio-lence
Forbidden
Sacred Reich
Dublin Death Patrol
Roadrunner United
www.machinehead1.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrup haqqında

1994-cü ildə qrupun çıxardığı "Burn My Eyes" albomu metal musiqi dünyasına bomba kimi düşür. Albomdakı hər mahnı o qədər yaxşıdır ki, Slayerin gitaristi Kerry Kingin "Sizcə gəlmiş keçmiş ən yaxşı treş-metal albomu Reign In Blood ola bilər mi?" deyə soruşulduğunda cavabı "Xeyr, amma Burn My Eyes Ola bilər" şəklində olmuşdur.

Machine Head'in musiqisini bu qədər üstün edən şey o zamanlar üçün bir az da açıq aşkar nifrət dolu mahnı sözləri, vokaldakı əsəb ilə özünü idarə arasındakı tarazlıq, gitara partisyonlarının yazılımındakı ustalıq və ən əhəmiyyətlisi qrupdakı hər kəsin mahnılar içində göstərdikləri uyğunlaşmadır. Daha sonra Logan Mader daha böyük bir qrupda çalmaq istədiyini deyərək Sepultura'dan ayrılan Max Cavalera'nın qurduğu Soulfly'a keçir. Ardından vurma alətlərin ifaçısı Chris Kontos Konkhra qrupuna qatılır. Kontos'un yerinə Dave McClain gəlir. Qrupun ikinci albomu "The More Things Change" yeni heyətləriylə 1997-ci il 25 mart tarixində çıxır. Çox yaxşı bir albom olmasına baxmayaraq "Burn My Eyes"-ın kölgəsində qalır və o zamanlardakı Nu metal axımındaki artım səbəbiylə çox maraq görmüz.

1999-cu il 10 avqust gitaraya Ahrue Luster gəlir və çıxan "Burning Red" albomunda Robb Flynn artıq rap vokallarından da istifadə etməyə başlamışdır və qrup Nu metal tərzinə doğru yönəlir. Bu albom əsl pərəstişkarları tərəfindən bəyənilməməsinə baxmayaraq qrupa yeni bir dinləyici kütləsi qazandırır. Çünkü albom öz tərzində yenə çox müvəffəqiyyətli mahnılardan ibarət idi.

Bütün reaksiyalardan sonra Machine Head 2001-ci ildə «Supercharger» albomunu yayımlayıy. Albüm 250.000 satmasına baxmayaraq qrupun o günə qədər ən az satan albomu olaraq qiymətləndirilir. Mətbuatdan gələn reaksiyalar daha da artır və qrup turne sonrası Roadrunner Records ilə yollarını ayırır. 2002-ci ildə "Hellalive" adlı bir albom yayımlanır. Bu albom mahnıların canlı performanslarının yer aldığı yığma (toplu) albom idi. Bu vaxt Ahrue Luster qrupdan ayrılır və qrupun hal-hazırkı gitaristi olan daha əvvəl Robb Flynn ilə Vio-Lence qrupunda birlikdə iştirak edən Phil Demmel qrupa daxil olur.

2004-cü ildə "Through The Ashes Of Empire" albomu Roadrunner Records İngiltərə firmasından, Amerika xaricində bütün dünyada yayımlanır və müsbət reaksiyalar sayəsində Roadrunner Records Amerika firmasından qrupa təklif gəlir və bu albomun Amerika basqısı üçün "Imperium" mahnısı yazılar və Machine Head yenidən metal musiqinin zirvəsinə yerləşir. "Imperium" bir çevriliş mahnısı olaraq qəbul edilir. Machine Head yenidən köhnə günlərinə qayıtmağa başlayır.

2007-ci ildə isə qrupun "The Blackening" albomu yayımlanır. Bu albom uzun müddətdir bazara çıxan ən yaxşı metal albomlarından biri kimi qiymətləndirilir. Uzun davamlı melodik sololardan və ağılda qalıcı sərt rifflərdən ibarət olan 8 mahnılıq bu albom tənqidçilərdən çox yaxşı reaksiyalar alır və albomda olan və Pantera'nın cinayətə qurban gedən gitaristi Dimebag Darrell üçün yazılan mahnı "Aesthetics Of Hate" ilə Qremmi mükafatına namizəd göstərilir.

Diskoqrafiya

Studiya albomları

  • 1994 - Burn My Eyes
  • 1997 - The More Things Change...
  • 1999 - The Burning Red
  • 2001 - Supercharger
  • 2003 - Through the Ashes of Empires
  • 2007 - The Blackening
  • 2011 - Unto the Locust
  • 2014 - Bloodstone & Diamonds
  • 2018 - Catharsis

Sinqlları

  • 1994 - "Davidian"
  • 1994 - "Old"
  • 1997 - "Take My Scars"
  • 1997 - "Ten Ton Hammer"
  • 1999 - "From This Day"
  • 1999 - "Silver (Take My Hand)"
  • 2001 - "Crashing Around You"
  • 2004 - "Imperium"
  • 2004 - "Days Turn Blue to Gray"
  • 2007 - "Now I Lay Thee Down"
  • 2007 - "Aesthetics of Hate"
  • 2007 - "Halo"
  • 2011 - "Locust"
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.