Macarıstan Qran-prisi

Macarıstan Qran-prisi (ing. Magyar Nagydíj) - Formula-1 avtomobil yarışları üzrə dünya çempionatının raundlarından biri. Yarış Budapeşt şəhəri yaxınlığındakı Hunqarorinq (Budapeşt halqası) avtodromunda keçirilir.

Hunqarorinq trası

Tarixi

Macarıstan qran-prisi ilk dəfə 21 iyun 1936-cı ildə Budapeştdə Nepliqet parkındakı 5,0 kilometrlik halqada keçirilmişdir. Bu yarışda 4 komanda - Auto Union, Mercedes, Alfa Romeo, Maserati iştirak etmişdir. Yarış böyük marağa səbəb olsa da, davam etdirilə bilmir. Beləki bir neçə il sonra başlayan dünya müharibəsi və sonrakı illərdə Macarıstanda siyasi mühitinin gərginləşməsi qran-prinin dayandırılmasına səbəb oldu.

1986-cı ildə qran-pri bərpa edildi. Bunun üçün paytaxt yaxınlığında yeni Hunqarorinq trası tikilir. Bu dövrdən etibarən Macarıstan yarışları dünya çempionatının əsas mərhələlərindən birinə çevrilir.

Hunqarorinq 70 halqadan ibarətdir. Halqanın uzunluğu 4,381 metrdir.

Macarıstan qran-prisi sosialist ölkəsində keçirilən ilk Formula-1 yarışıdır. Bundan başqa SSRİ televiziyasında göstərilən ilk yarışdır.

Hunqarorinq trası dar olması ilə seçilir. Buna görə burda dönmə maneverlərinin edilməsi çox çətindir. Bu mürəkkəbliyinə görə qran-pri bir çox komanda tərəfindən tənqid edilir. Yarışda uğurlu olmağın resepti seçmə mərhələnin və pit-stopların uğurlu keçirilməsidir.

Qaliblər

Lyuis Hemilton Mcarıstan qran-prisinin ən çox qalibi olan pilotdur. O bu yarışların 6 qat qalibidir. McLaren komandası 12 qələbə ilə ən çox qalibiyyət almış komandadır.

Pilotlar

Qələbə sayı Pilot İl
8 Böyük Britaniya Lyuis Hemilton 2007,2009,2012,2013,2016,2018,2019,2020
4 Almaniya Mihael Şumaxer 1994,1998,2001,2004
3 Braziliya Ayirton Senna 1988,1991,1992
2 Braziliya Nelson Pike 1986,1987
Böyük Britaniya Deymon Hill 1993,1995
Kanada Jak Vilnyov 1996,1997
Finlandiya Mika Hakkinen 1999,2000
Böyük Britaniya Ceyson Batton 2006,2011
Almaniya Sebastyan Fettel 2015,2017
1 Böyük Britaniya Naycel Mensell 1989
Fransa Tyerri Butsen 1990
Finlandiya Rubens Barrikello 2002
İspaniya Fernando Alonso 2003
Finlandiya Kimi Raykkönen 2005
Finlandiya Heykki Kovalaynen 2008
Avstraliya Mark Uebber 2010
Avstraliya Daniel Rikkardo 2014

Komandalar

Qələbə sayı Komanda İllər
11 Böyük Britaniya McLaren 1988, 1991, 1992, 1999, 2000, 2005, 2007, 2008, 2009, 2011, 2012
7 Böyük Britaniya Williams 1986, 1987, 1990, 1993, 1995, 1996, 1997
İtaliya Ferrari 1989, 1998, 2001, 2002, 2004, 2015, 2017
5 Almaniya Mercedes 2013, 2016, 2018, 2019, 2020
2 Avstriya Red Bull-Renault 2010, 2014
1 Böyük Britaniya İtaliya Benetton 1994
Fransa Renault 2003
Yaponiya Honda 2006

İstinadlar

Həmçinin bax

"Formula-1" Qran-pri siyahısı


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.