Maarif Soltan
Qəniyev Maarif Soltan oğlu (Maarif Soltan; 10 aprel 1956, Burovdal, İsmayıllı rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1987).
Maarif Soltan | |
---|---|
Maarif Soltan oğlu Qəniyev | |
Doğum tarixi | |
Doğum yeri | Brovdal, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | şair |
Maarif Soltan Vikimənbədə |
Həyatı
Maarif Soltan 1956-cı il aprelin 10-da İsmayıllı rayoununun Brovdal kəndində müəllim ailəsində doğulmuşdur. İsmayıllıda 3 saylı şəhər orta məktəbini bitirmişdir (1973). Əmək fəaliyyətinə İsmayıllı tikinti idarəsində fəhlə kimi başlamışdır (1973-1974). Hərbi xidmətdə olmuş (1974-1976), sonra Bakıda 23 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir (1976-1977). Bakı metro tikintisində qazmaçı işləmişdir (1977-1979).Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil almışdır (1979-1984). Yazıçıların Şüvəlandakı yaradıcılıq evində təlimatçı işləmişdir (1984-1986).
Hazırda "Qobustan" incəsənət toplusununda baş redaktor müavinidir (1988-ci ildən). Eləcə də, çağdaş şairlərin əsərlərindən ibarət olan illik "Poeziya Günü" tolusunun tərtibçisi və redaktorudur.İlk şeirləri 1973-cü ildə İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetində çap olunsa da, ciddi yaradıcılıqla 1976-cı ildən məşğuldur. Respublika və keçmiş ümumittifaq mətbuatında müntəzəm çıxış edir. Şeirləri qardaş xalqların dillərinə tərcümə olunmuşdur. Bir sıra yaradıcılıq seminar-müşavirələri və beynəlxalq ədəbi tədbirlərinin iştirakçısıdır. Ədəbi mükaatlara layiq görülüb. Müasir rus yazıçı və şairlərindən bədii tərcümələr etmişdir. 25 may 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Əsərləri
- Dünya işıqla dolu. Bakı: Yazıçı, 1986, 63 səh.
- Dünyama aşılan qapı. Bakı:Yurd, 2006.242 səh.
Tərcümələri
Vladimir Voynovic - "Əsgər İvan Conkinin həyatı və qeyi-adi sərgüzəştləri" roman; Varlam Şalamov - "Kolıma dəftərindən" şeirlər və hekayələr; Lev Oşanin - şeirlər; Aleksey Mişin - şeirlər; Anna Axmatova - şeirlər;