Maarif Cəfərov
Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru, professor.
Maarif Cəfərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Laçın, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsi |
Tanınmış yetirməsi | 2 elmlər namizədi |
Həyatı
Maarif Cəfərov 1960-cı ildə Laçın rayonunda anadan olub.
1967-1977-ci illərdə Minkənd kənd orta məktəbində təhsil alıb.
1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub.
1982-ci ildə keçmiş SSRİ Müdafiə Sənayesi Nazirliyinin Tətbiqi Riyaziyyat İnstitunun Bakı filialında təyinatla mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamış, 1984-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizka İnstitunun Aspiranturasına qəbul olunmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirərək, 1989-cu ildə Kiyev Yarımkeçiricilər İnstitutunun aparıcı təşkilatının rəyi ilə namizədlik Dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
1993-cü ilədək Elmi Tədqiqat Fotoelektronika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışan Maarif Cəfərov 1994-cü ilin yanvarında Bakı Dövlət Universitetinin Fizika fakultəsinin nəzdində Bərk cisimlər Elektronikası Elmi-Tədqiqat laboratoriyasına elmi işçi vəzifəsinə qəbul edilmiş, həmin ilin dekabr ayında isə laboratoriyaya müdir vəzifəsinə təyin olunmuşdur.
2007-ci ildə "AIIBVI" tipli birləşmələrin monokristallarında və opnların bərk məhlullarının kimyəvi çökdürülmüş nazik təbəqələrində elektron prosesləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır.[1]
Elmi fəaliyyəti
- 1989 — f.r.e.n. „Cd1-xZnx S nazik təbəqələrinin və n və p-tip SdS:Cu monokristallarının fotoelektrik xassələri"
- 2007 — f.r.e.d. „AIIBVI tipli bəzi birləşmələrinin monokristallarında və onların bərk məhlullarında kimyəvi ökdürülmüş təbəqələrində elektron prosesləri"
- 2005 — Fizika Problemləri İnstitutu, BDU, Aparıcı elmi işçi, Bərk cisimlər fizikası, Bərk cisim elektronikası və mikroelektronika, Bərk cisim elektronikasınin cihazları, nanoelektronikanın fiziki əsasları, Yarımkeçiricilər fizikası, optoelektronika, optoelektron cihazlar-kursları
- 1994 -2005: Bərk cisim elektronikası ETL-nin müdiri
- 1991-1993: Fotoelektronika ETİ –böyük elmi işçi
- 1982-1991: Tətbiqi Fizika İnstitutu mühəndis-elmi işçi
- 1982-1986: AMEA Fizika Institutunun aspirantı
- 140-aqədər elmi iş, 60 elmi məqalə, 6 patentin müəllifidir, 2 nəfər elimlər namizədi[2]
Mənbə
- "Laçın qəzetinin Minkənd kənd orta məktəbinin 120 illik yubleyinə həsr edilmiş xüsusi buraxılışı. Bakı 2010, səh. 25.
- "Maarif Ə.Cəfərov". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-06.