Maşadqanlı
Maşadqanlı (əvvəlki adı: Birinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun Birinci Aratkənd kəndi Maşadqanlı kəndi adlandırılmışdır.[1]
Maşadqanlı | |
---|---|
40°30′ şm. e. 48°24′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 98 m |
Saat qurşağı | |
|
Tarixi
Keçmışdə Şirvandakı Gorus mahalının tərkibində olduğu üçün Gorus Aratkənd adlanırdı. XX əsrin 30-cu illərində həmin kənddən çıxan bir qrup ailə İkinci Aratkənd yaşayış məntəqəsini saldıqdan sonra Gorus Aratkənd Birinci Aratkənd adlandırıldı. Burada "birinci" komponenti "ilk, mənbə" mənalarını daşıyır.
Etimologiyası
Adının mənşəyi talışların subetnosu olan orand tayfası ilə bağlıdır. Bəzi tədqiqatçılar bu toponimin ikinci komponentini monqol mənşəli oyrat tayfa adının fonetik dəyişikliyə uğramış forması hesab edirlər. Azərbaycanda xalq coğrafi termini olan arat relyefin mənfi hissələrində olan şorlaşmış torpaqların yuyulub təmizlənməsi prosesinə, dağdibi rayonlarda isə dincə qoyulmuş, əkilməyən torpaqlara deyilir. Deməli, kənd vaxtilə Gorus mahalının dincə qoyulmuş torpaq sahələrində salındığı üçün belə adlandırılmışdır.[2]
Coğrafiyası və iqlimi
Kənd Şirvan düzündə yerləşir.
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
- Maşadqanlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 140. ISBN 978-9952-34-156-0.