Maşın şou
"Maşın Şou"[1] (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. MGP (M Group Production) şirkətinin ən yaddaqalan layihəsidir. Bu realiti şou hələ də baxımlı veriliş statusunu saxlaya bilir. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları cəm olunub.
İyirmi gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya MGP (M Group Production) şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır.
Oyunun şərtlərinə görə, iştirakçı tələb olunan vaxtda əlini maşın üzərindən çəkə bilməz. Əks halda oyunu tərk etməlidir.
İştirakçılar arasında keçirilən gizli səsverməyə əsasən hər gün bir nəfər yarışmadan getməlidir. Getməli olan iştirakçının oyunda qalıb-qalmaması canlı efirdə topladığı sms-lərdən asılı olur. Beləliklə, yetərincə səs toplamayan iştirakçı yarışmanı tərk edir. Qaldığı təqdirdə isə digər oyun yoldaşını şoudan uzaqlaşdıra bilər. Əks halda özü gedir. “Maşın” realiti şousunun ən məşhur ifadəsi də bu zaman səslənir: “Maşın əldən getdi!”
Oyunda sona qalan üç nəfər artıq finalda sayılır. Bu andan etibarən şouda final şərtləri qüvvəyə minir: finalçılar günün çox hissəsini maşından ayrılmadan, ayaqüstə, yuxusuz və digər fizioloji tələbatlarını ödəmədən keçirir. Bu məqamda yalnız mənən deyil, fiziki cəhətdən də güclü olan şəxs maşına sahib olur.
“Maşın” realiti şousunun buraxılışları
Maşın Şou 15
"Maşın" realiti-şousunun 15-ci "sürəti"[2]. "XANIMLAR VS CƏNABLAR" adlandırılmışdır[3]. Şounun qalibi Talıb Tale olmuşdur.
İştirakçılar
Bu yubiley buraxılışda iştirakçılar cinsi bərabərlik prinsipi ilə bölünmüşdür; 9 kişi iştirakçı və 9 qadın iştirakçı[3].
Ən yaşlı iştirakçının 67, ən cavanının isə 30 yaşı var idi[4]. Siyahıda yer alan 18 nəfərin içində müxtəlif peşə sahibləri – aktyorlar, teleaparıcılar, müğənnilər və reperlər, meyxanaçılar və jurnalistlər vardı.
- teleaparıcı Vüsalə Kərimova
- müğənni Nazim Pişyari
- aktrisa Tünzalə Ağayeva
- meyxanaçı Vüqar Əbdulov
- müğənni Xatun Əliyeva
- teleaparıcı İlqar Mikayıloğlu
- prodüser Ülviyyə Alovlu
- aktyor İlkin Miskərli
- teleaparıcı Zemfira Adıgözəlova
- müğənni Vüqar Muradov
- meyxanaçı Samirə Yusifqızı
- müğənni Rauf Əhmədov
- müğənni Günel Ələkbərova
- müğənni Talıb Tale
- teleaparıcı Vüsalə Əlizadə
- reper Elşad Xose
- aktrisa Mehriban Xanlarova
- aktyor Arif Quliyev.
İştirakçılar arasında ən təcrübəlisi Mehriban Xanlarova və Günel Ələkbərovadır. Bu onların artıq 3-cü iştirakları idi. Tünzalə Əliyeva, Nazim Pişyari, Vüqar Əbdulov və Elşad Xose isə ikinci dəfə iştirak edirdilər.
Yayımlanması
Realiti-şouya 8 oktyabr 2017-ci ildə, saat 22:15 ATV telekanalında start verilmişdir[4].
Maşın Şou 16
"Maşın" realiti-şousunun 16-cı "sürəti". "XANIMLAR VS CƏNABLAR 2" adlandırılmışdır. İlk gün meyxanaçı Ələkbər Yasamal, ikinci gün aparıcı Günel Hümbətova, üçüncü gün aparıcı Azər Axşam, dördüncü gün aktyor Məcid Hüseynov, beşinci gün "Qurd" ləqəbli reper Fərid İmanov, altıncı gün aparıcı Firuzə Cəlilova və aparıcı Ilhamə Bədəlova, yeddinci gün aktyor Cavidan Novruz, səkkizinci gün aparıcı Mətanət Əliverdiya, doqquzuncu gün müğənni Əli Mirəliyev, onuncu gün müğənni Ruhəngiz Musəvi, şounu tərk etmişdir. On birinci gün isə, müğənni Rahidə Baxışova, on ikinci gün müğənni Abbas Bağırov, on üçüncü gün aktrisa Pərvin Abıyeva və aparıcı Aytən Səfərova şounu tərk etmişdir. Finala isə 3 nəfər: Uran, Roza Zərgərli və Hüseyn Əzizoğlu qalmışdır. Finalın 1-ci günü Uran şounu tərk etmişdir. İki günlük final mübarizəsi isə müğənni Roza Zərgərlinin qələbəsi ilə başa çatmışdır, amma Roza Zərgərli Maşın Şou tarixində ilk dəfə bir qalib kimi maşından imtina etmiş və şounun təşkilatçısı və aparıcısı Murad Dadaşovdan maşının hansısa xeyriyyə işinə sərf olunmasını xahiş etmişdir.
İştirakçılar
Şouda maşın uğrunda mübarizə aparmış 9 tanınmış kişi və 9 tanınmış qadın [5]:
- aktyor Cavidan Novruz
- aparıcı Mətanət Əliverdiyeva
- meyxanaçı Ələkbər Yasamallı
- aparıcı Günel Hümbətova
- aparıcı Azər Axşam
- aparıcı Firuzə Cəlilova
- aktyor Məcid Hüseynov
- aparıcı Aytən Səfərova
- video-bloqqer Hüseyn Əzizoğlu
- aparıcı İlhamə Bədəlova
- reper “Uran” ləqəbli İbrahim İbrahimov
- müğənni Rahidə Baxışova
- müğənni Əli Mirəliyev
- müğənni Ruhəngiz Musəvi
- reper “Qurd” ləqəbli Fərid İmanov
- aktrisa Pərvin Abıyeva
- müğənni Abbas Bağırov
- müğənni Roza Zərgərli
Yayımlanması
Realiti-şouya 29 may 2018-ci ildə, saat 22:15 ATV telekanalında start verilmişdir.
Maşın Şou 17
"Maşın" realiti-şousunun 17-ci "sürəti". "Hind Kinosu" adlandırılmışdır. Şounun qalibi Xəyalə Quliyeva olmuşdur.
İştirakçılar
- Ruhəngiz Allahverdiyeva
- Nazilə Səfərli
- Ramil Nabran
- Oqtay Kamil
- Mina Hüseyn
- Ranar Musayev
- Xose Bernardo
- Xəyalə Quliyeva
- Aysel Nazim
- Nərgiz Əliyeva
- Allahverdi Yolçuyev
- Sərxan Kərəmoğlu
- Aydan Axundzadə
- Səmra Rəhimli
- Samir Cavadzadə
- Dilarə Kazımova
- Taleh Yüzbəyov
- Mənsur Şərif
Yayımlanması
Realiti-şou 2018-ci ilin dekabr ayında ATV telekanalında yayımlanmışdır.
“Maşın” realiti şousunun xronologiyası
Adı | Qalib | Keçirilmə tarixi | Telekanal |
---|---|---|---|
Maşın 1: Birinci sürət | Malik Eyvazov | oktyabr 2005 | Lider |
Maşın 2: İkinci sürət | Gülya Əliyeva | dekabr 2005 | Lider |
Maşın 3: Üçüncü sürət | Adil Qəhrəmanov | mart 2006 | Lider |
Maşın 4: Ulduzlu gecələr | Rafael İsgəndərov | may 2006 | Lider |
Maşın 5: Payız əfsanəsi | Turan İbrahimov | oktyabr 2006 | Lider |
Maşın 6: Korrida | Ülvi Cəfərov | mart 2007 | Lider |
Maşın 7: 007 | Murad Arif | may 2007 | Lider |
Maşın 8: Dəhşət | Könül Kərimova | yanvar-fevral 2008 | Lider |
Maşın 9: Qızıl həyəcanı | Əlikram Bayramov | sentyabr 2009 | Lider |
Maşın 10: Transformer | Sadığ Mustafayev | may 2010 | Lider |
Maşın 11: Revanş | Müşfiq Şahverdiyev | dekabr 2011 | Lider |
Maşın 12: Möhtəşəm | DJ Çina | dekabr 2013 | ATV |
Maşın 13: Daha bir nağıl | Xatirə İslam | may 2015 | ANS |
Maşın 14: Qarşıdurma | İslam Mehrəliyev | may-iyun 2017 | ATV |
Maşın 15: XANIMLAR VS CƏNABLAR | Talıb Tale | oktyabr 2017 | ATV |
Maşın 16: XANIMLAR VS CƏNABLAR 2 | Roza Zərgərli | may-iyun 2018 | ATV |
Maşın 17: Hind Kinosu | Xəyalə Quliyeva | dekabr 2018 | ATV |
Maşın 18: Maskarad | Suna Kasımoğlu | oktyabr 2019 | ATV |
İstinadlar
- MAŞIN ŞOU Arxivləşdirilib 2017-10-12 at the Wayback Machine. news.atv.az (az.)
- "Maşın-şou" başladı - Oyunu ilk tərk edən kim olacaq? - FOTOLAR Arxivləşdirilib 2017-11-12 at the Wayback Machine. news.atv.az, 09.10.2017 (az.)
- "Maşın" realiti-şousunda - Möhtəşəm yeniliklər Arxivləşdirilib 2017-11-12 at the Wayback Machine. news.atv.az, 03.10.2017 (az.)
- “Maşın” realiti-şousunun iştirakçıları bəlli oldu - Kimlər var, kimlər yox... Arxivləşdirilib 2017-11-12 at the Wayback Machine. news.atv.az, 07.10.2017 (az.)
- “Maşın”da yarışacaq məşhurların adları məlum oldu - Siyahı+ Fotolar Arxivləşdirilib 2018-09-20 at the Wayback Machine. qafqazinfo.az, 30.05.2018 (az.)