Maşın

Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir.

Yüksək sürətli qatar

Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır.

Praktiki olaraq maşınları 4 qrupa bölmək olar:

  1. Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər)
  2. İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar)
  3. Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.)
  4. Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.)

Çox vaxt avtomobilləri də maşın adlandırırlar.


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.