Mağcan Cumabayev
Cumabayev Mağcan Beken oğlu (qaz. Мағжан Бекенұлы Жұмабаев, Mаgjаn Bekenulı Jumаbаev) (25 iyun 1893- 19 mart 1938) - Qazax ədəbiyyatının XX əsrin əvvəllindəki məşhur və önəmli şairlərindən biri. Müasir qazax ədəbiyyatının yaradıcılarından biridir.
Bioqrafiyası
1905-1910-cu illərdə Mağcan Cumabayev Petropavl mədrəsəsində təhsil almış, ərəb, fars və türk dillərini öyrənmişdir. 1911-ci ildə isə Ufa mədrəsəsində təhsil almış, bu zaman müəllimlərindən biri Volqa tatarlarının klassik yazıçısı Galimcan İbrahimov olmuşdur. 1912-ci ildə qazax dilində olan şeirləri “Şolpan” adlı kitabda toplanaraq nəşr edilib, kitab ərəb əlifbası ilə yazılıb. Bu kitab qazax ziyalıları arasında məşhurluq qazanmışdır. 1917-ci ilin yay və qışı ərzində qazax “ Alaş” partiyasının və Alaş Orda Qazaxıstan milli hökumətinin yaranmasında iştirak etmişdir. Daha sonra Moskvada yaşamış və Lermontov, Koltsov, Balmont, İvanov, Mamin- Sibiriak, Maksim Qorki, Aleksandr Blok, Höte və digər şairlərin əsərlərini qazax dilinə tərcümə edib. Ali təhsilini başa vurduqdan sonra Qazaxıstana gəlmiş və orda müəllim kimi işləmişdir.
Həbsi
Haqsız yerə Alaş Ordanın pan- türkçü üzvü olması və yapon cəsusluğunda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilir. Məhkəməyə qədər Butyrka həbsxanasında saxlanılır, daha sonra Kareliya və Arxangelsk Əyalətinə göndərilir. 1934-cü ildə Maksim Qorki və Peşkovaya məktub yazır və onların köməyilə həbsdən vaxtından əvvəl azad edilir. Lakin yarım ildən sonra Almatada yenidən həbs edilir və 1938-ci ildə 19 martda güllələnir.