MBB/Kawasaki BK 117
MBB/Kawasaki BK 117 Messerschmitt Bölkow-Blohm (MBB) və Kawasaki Heavy Industries (Kawasaki ağır sənaye) şirkəti tərəfindən istehsal edilmiş olan Alman-Yapon ortaq istehsalı olan çoxməqsədli helikopterdir. Helikopter, sərnişin və VİP səyahətdə populyar olub nəqliyyat, hərbi, polis, hava ambulansı, axtarış-xilasetmə kimi vəzifələrdə istifadə edilmişdir. Hal-hazırda aktiv şəkildə istifadə edilmirlər və onlar öz yerlərini Eurocopter EC145 helikopterlərinə buraxmışdırlar. İlk uçuşunu 13 iyun 1979-cu ildə həyata keçirib. 9 dekabr 1982-ci ildən aktiv xidmətə qəbul edilib. 1979-2004-cü illər arasında 443 ədəd istehsal edilmişdir. MBB Bo 105 helikopterləri əsas baza hesab edilərək bu helikopterlər yaradılmışdırlar.
MBB/Kawasaki BK 117 | |
---|---|
Tipi | vertolyot |
İstehsalçı | Airbus Helicopters |
İlk uçuş | 13 iyun 1979 |
İstismarçılar | |
Vikianbarda əlaqəli mediafayllar |
Texniki xüsusiyyətləri (BK 117 B-2)
- Ekipaj: 1
- Sərnişin tutumu: 10
- Uzunluq: 9.91 m
- Əsas vintin uzunluğu: 11.0 m
- Hündürlüyü: 3.85 m
- Əsas vintin sahəsi: 95.03 m²
- Boş çəkisi: 1,727 kq
- Maksimum yükgötürmə qabiliyyəti: 3,350 kq
- Mühərrik: 2 × Textron Lycoming LTS 101-750B-1 Qazturbin mühərriki
İstinadlar
- World Air Forces 2014. 2014.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.